İran İnqilab keşikçiləri Ordusunun Quru Qoşunları (farscaنیروی زمینی سپاه پاسداران انقلاب اسلامی) qısaltması NEZSA (farsca :نزسا) – İranı qurudan gözlənilən hər bir hücumdan qorumalı olan ehtiyat qüvvədir. Rəhbəri Briqadir Məhəmməd Pakpurdur. Bu qoşun növü 1979-cu ildə yaradılıb. 70.000 şəxsi heyətə sahibdir. İran İnqilab keşikçiləri Ordusunun nəzarəti altında olan ən böyük qüvvə hesab olunur. Nizami İran Silahlı Qüvvələrinin Quru Qoşunlarından ayrıdır.
Həmçinin bax İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri İran İnqilab keşikçiləri Ordusunun Hava Qüvvələri İran İnqilabı Keşikçiləri Korpusunun Raket Qüvvələri Bəsic Qüds qüvvələri
Kateqoriya:İran Silahlı Qüvvələri