Başlıbel — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd. 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi Başlıbel çayının sahilindədir. Oykonim başlı (ŞiŞ uclu, yüksək zirvəsi olan) və bel (tirənin üstü) komponentlərindən düzəlib. 1917-ci ildə Başlıbel Seyidlər variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Seyidlər kəndindən gəlmiş ailələr saldığına görə əvvəllər Seyidlər və ya Başlıbel Seyidləri adlanmışdır. Toponim özündə kəndin salındığı coğrafi relyefi əks etdirir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Əhalisi "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 26 evdə 120 şiə kürd yaşayırdı.
Başlıbel Kəlbəcər rayonunun ən böyük kəndlərindən biridir. İşğaldan əvvəl (1-4 aprel 1993-cü il) kənddə 350-dən çox azərbaycanlı ailəsi yaşayırdı. Əhalisinin sayı 2000 nəfərə yaxın idi. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin işğalı zamanı 15 nəfər günahsız dinc sakin ermənilər tərəfindən qətlə yetirilmişdir.
İşğal dövrü Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il.
Coğrafiyası Başlıbel çayı buradan keçir. Tutqunçayın sol qoludur. Adını yerləşdiyi kəndin adından almışdır.
İstinadlar
Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq 113 gün mühasirədə: erməni vəhşilikləri şahidlərin dili ilə - Başlıbel faciəsi (Kəlbəcər rayonu)
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri