Çarlz Henri Oldfather ( 13.6.1887, Təbriz — 1954, ABŞ) — amerikalı qədim tarix üzrə ixtisaslaşmış professor. Əsasən Nebraska Universitetində çalışmışdır.

Həyatı Çarlzın valideynləri Ceremiah və Felisiya İranda 19 il missionerliklə məşğul olmuşdurlar.Britannica.com . Retrieved 2011–09-16 Çarlzın 2 yaşı olduğu zaman isə ABŞ-yə geri dönmüşdürlər. Onun atası 1842-ci ildə Ohayo ştatının Farnsberq şəhərində, anası isə İndiana ştatının Kovinqton şəhərində anadan olmuşdur.

Həyat yoldaşı məşhur jurnalist Deyvid Qraham Flippsin qardaşı qızı olmuşdur.

Təhsili Hannover Universitetində bakalavr pilləsində təhsil almışdır. Təhsilini 1912–1914-cü illərdə də davam etdirmişdir.

Fəaliyyəti Bakalavr təhsilini bitirdikdən sonra 1906–1907-ci illərdə məktəb tarix müəllimi işləməklə yanaşı bizneslə də məşğul olmuşdur., 1914-cü ildə İndianadakı Hannover Universitetinə müəllim kimi işə qəbul olmuşdur. 1916-cı ildə Nebraska Universitetində çalışmağa başlamış, 1927-ci ildə Qədim dövr dünya tarixi və Yunanıstan tarixi ixtisası üzrə professor olmuşdur. 1929-cu ildə həmin universitetdə Tarix kafedrasının müdiri vəzifəsinə yüksəlmişdir. Bu vəzifədə 1951-ci ilə qədər, yəni təqaüdə ayrıldığı vaxta qədər çalışmışdır.

Əsərləri 1933–1954-cü ilə qədər Siciliyalı Diadorun 12 cildlik Tarixin kitabxanası əsərini ingiliscəyə tərcümə etmiş və ölümünə qədər yalnız 6 cildini bitirə bilmişdir.original link perseus.tufts.edu . Retrieved 2011–09-16 Yunan-Roma Misirindən Yunan ədəbi mətnləri (1923) De jure naturae et gentium libri octo (1934) (1934)

Həmçinin bax Tarixçi

İstinadlar

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Amerikalılar Kateqoriya:Tarixçilər