Yuzef Marian Helmonski (; ) — polşalı, realizm cərəyanının rəssamı.

Bioqrafiyası Yuzef Marian Helmonski 1849-cu ildə Lodz yaxınlığında yerləşən Boçki kəndində anadan olmuşdur. İlk rəsm dərslərini atası tərəfindən almışdır. 1867–1872-ci illərdə Varşava İncəsənət Akademiyasında daxil olmuş daha sonra Voyçex Qersondan özəl dərslər almışdır.

1875-ci ildə Helmonski Parisə yola düşür və burada əsərlərini müvəffəqiyyətlə nümayiş etdirir. Paris şəhərində yerləşən Le Monde qəzetində bir illüstratör olaraq əməkdaşlıq edir. Bu dövrdə Helmonski 1872-ci ildə İtaliyaya səyahət edir və 1874–1875-ci illərdə Ukraynadan keçdi. 1878–1887-ci illərdə Helmonski Polşa, Vyana və Venesiyanı ziyarət edib.

1887-ci ildə rəssam Polşaya geri qayıtdıqdan sonra, Varşavada yaşadı. 1889-cu ildə o, 1914-cü ildə ölümünə qədər yaşamış Kuklovits əmlakını almışdır.

Yuzef Helmonski, xüsusən də Polşa və Ukraynanın landşaftlarını, eləcə də janr və ovçuluq səhnələrini, daha az — portretləri çəkirdi.

İstinadlar

Xarici keçidlər Yuzef Helmonskinin rəsm əsərləri Kateqoriya:Polşada doğulanlar Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:Polşa rəssamları