() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Aralıq dənizi sahili ölkələrində, Kiçik Asiyada yayılmışdır.
Botaniki xarakteristikası Xüsusilə toxumları, çox zəhərlidir. Təmasda olduqda ilk öncə mərkəzi sinir sisteminə təsir edir. İncə yaşıl yarpaqlı, yaxud çox vaxt, yarpaqsız tumurcuqları olan 2-3 (5) m. hündürlüyündə bitkidir. Yarpaqları 1-2,5 sm. uzunluğunda göyümtül-yaşıl, çiçəkləri 2,5 sm. uzunluğunda parlaq sarı rəngdə və ətirlidir. Əsasən, may-iyun aylarında çiçək açır. Toxumları qəhvəyi və parlaqdır.
Hündürlüyü 2–3 m olan, şırımlı, yaşıl budaqlı koldur. İlk baxışda sanki yarpaqsız koldur. Yarpaqları sadə, tökülən, növbəli düzülüşlü, neştərvari və ya uzunsov, bir qədər sərt olub, orta damarı aydın seçilən, uzunluğu 2-4 sm, eni 2–4 mm-dir. Çiçəkləri ətirli, çiçək saplağı qısadır. Uzun salxımlarda toplanmışdır. Kasacığı şəffaf, şişkin, 7–9 mm uzunluqda, yuxarı tərəfdən qaidəsinədək kəsik, alt tərəfdən 5 qısa, iti dişciklidir. Tacı tünd sarı, ucu sivri, uzunluğu 17–25 mm-dir. Paxlası xətvari, yetişdikdə qaralan, yuxarıya doğru dik duran, yastı, çox toxumlu, uzunluğu 6-8 sm, eni 6–7 mm-dir. Toxumları şabalıdı rəngdə olub, uzunsovdur. May-iyul aylarında çiçəkləyir, meyvəsi iyul-avqust aylarında yetişir. Paxlalarından bəzisi qışadək kolun üzərində qalır. Abşeronda oktyabr ayında ikinci çiçəkləməsi müşahidə olunur. Toxumla çoxalır.
İstifadəsi İsti sevən və quraqlığa davamlı bitkidir. 14-15°С-də donur. Quru, tez isinən sərt qayalıqlarda yaxşı yetişir. Kökləri möhkəm və dərindir. Ətirli çiçəklərindən efir yağlarının alınmasında istifadə olunur. Dəniz sahilində yaxşı yetişir. Çiçəklənmə dövründə sıx və dekorativ kolu xatırladır. Qafqaz və Krımın Qara dəniz sahillərində çox təsadüf edilir.
Ekologiyası Quraqlığa davamlı, torpağa az tələbkardır. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.
Azərbaycanda yayılması Abşeron yarımadasında, Kür-Araz ovalığında, Gəncə, Lənkəran, Zaqatala və digər şəhərlərin yaşıllıqlarında təsadüf edilir.
İstifadəsi Dekorativ bitki kimi tək və qrup əkinlərində istifadə edilə bilər.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları