Mirzəbəyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun Mirzəbəyli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.

Coğrafiyası Mirzəbəyli. Xalq arasında Mirzə bəyin kəndi olduğu deyilir. Mərkəzdən 13 km. cənub-qərbdə Alazan-Həftəran vadisindədir. Bakı–Oğuz yolu kəndin mərkəzindən keçir. Burada da sakinlərin rahatlığı üçün bütün infrastruktur qurulub. Rayonun inkişaf etmiş ərazilərindən hesab edilir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Toponimikası Mirzəbəyli oyk., diiz. Alazan–Əyriçay çökəkliyindədir. Kənd sahibkar Mirzəbəyə məxsus, azərbaycanlı ailələrin məskunlaşması ilə əlaqədərdir, sonralar ləzgilər burada məskən salmışlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə nəfər 457 əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Din Kənddə Mirzəbəyli kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

Şəxsləri Qərib Mehdiyev — Nasir, şair, publisist, dramaturq. İttifaq Mirzəbəyli — Əməkdar jurnalist. Əşrəf Əlimirzəyev — Sosialist Əməyi Qəhrəmanı.

Həmçinin bax Qəbələ rayonu

Xarici keçidlər İnzibati Ərazi Vahidləri

İstinadlar

Kateqoriya:Qəbələ rayonunun kəndləri