Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, ; təxəllüsü: Həsən Tufan, , ; ) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966).

Həyatı Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir.

O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur. Burada o, Sakit Rəmiyev, Məcid Qafuri və Sakit Sunçalyay ilə tanış olmuşdur.

Həsən Tufan 1918–1928-ci illərdə Sibirdə, Uralətrafı ərazilərdə və Kazan şəhərində dərs keçmişdir. 1928–1930-cu illərdə o, Qafqaz və Mərkəzi Asiyaya getmişdir.

Həsən Tufan 1930–1934-cü illərdə Tatar Radio Komitəsinin redaktoru olmuşdur. Az sonra o, «Sovet ədəbiyyatı» jurnalının («Совет әдәбияты») icraedici katibi olmuşdur.

Həsən Tufan 1940-cı ildə repressiyaya məruz qalmış, ancaq daha sonra bəraət qazanmış və Kazan şəhərinə qayıtmışdır.

Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 10 iyun 1981-ci ildə SSRİ-nin RSFSR-na daxil olan Tatarıstan MSSR-nın paytaxtı Kazan şəhərində 80 yaşında vəfat etmişdir. Onun meyiti Kazan şəhərindəki tatar qəbiristanlığında dəfn edilmişdir.

Yaradıcılığı Həsən Tufanın əsərləri 1924-cü ildən nəşr olunurdu. Bir neçə il ərzində həm oxucular, həm tənqidçilər, həm də ki, ədəbi ictimaiyyətin diqqət mərkəzinə çevrilmişdir. Həsən Tufan işçi təbəqə mövzusunu, onların mübarizəsini və əziyyətini işıqlandıran ilk tatar şairi olmuşdur. 1920–1930-cu illərdə o, lirik və epik janrlarda şeirlər yazmağa başlamışdır ki, bu əsərlər Tatarıstan şeiriyyətinin əsasını təşkil etmişdir.

1930-cu illərin ortalarında Həsən Tufanın yazdığı şeirlər epik janrından lirik janrına keçir. Onun bu janrda yazdığı bir çox şeiri populyar mahnılara çevrilir. Həsən Tufan 1950–1960-cı illərdə Tatarıstan şeiriyyətinin mirvariləri hesab edilən əsərlər yazır. Onun yaradıcılıq fəaliyyətinin son dövrlərində yazdığı əsərlərində sosial analiz dərinləşir, problemlərin əhəmiyyəti və fəallığı, eləcə də fikir artır.

Mənbə İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Həsən Tufan — Tatar Elektron Kitabxanası saytında. Həsən Tufan — Ropnet.ru saytında. Həsən Tufan — "ГАСЫРЛАР АВАЗЫ-ЭХО ВЕКОВ" jurnalında.

Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya şairləri Kateqoriya:Tatar yazıçılar Kateqoriya:Tatar şairlər Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri