Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər.
D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur.
Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir.
Nəzəriyyənin elan edilməsi və qəbulu
1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində () D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər.
1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər. ABŞ-dən olan arxeoloq Filipp Kol və Gürcüstandan olan arxeoloq Qoça Çeçxladze hesab edirlər ki, bu hesabat düşünülmüş siyasi təxribat olmaqla, bilərəkdən saxta mədəni mif yaratmağa hesablanmışdı.Philip L. Kohl and Gocha R. Tsetskhladze. Nationalism, politics, and the practice of archaeology in the Caucasus // Philip L. Kohl, Clare P. Fawcett. Nationalism, politics, and the practice of archaeology — Cambridge University Press, 1995 — ISBN 0521480655. «The young Azeri’s seemingly innocuous, abstract archaeological paper was a deliberate political provocation: all the crosses on today’s territory of Azerbaijan, including significantly Nagorno-Karabagh and Nakhichevan, were defined as Albanian, a people who in turn were seen as the direct ancestors of today’s Azeris. // The rest, as they say, is history. The Armenian archaeologists were upset and threatened to walk out en bloc. Protests were filed, and even Russian scholars from Leningrad objected to this blatantly political appropriation, posing as scholarship. <…> // Thus, minimally, two points must be made. Patently false cultural origin myths are not always harmless.»
Sonradan nəzəriyyə haqqında fikir bildirmiş Rusiya və Ermənistandan olan alimlər qeyd edirlər ki, ya Axundov xristian ikonoqrafiyasının məşhur xüsusiyyətlərini bilmir, ya da bilərəkdən onlara məhəl qoymayaraq xristian süjetlərini mitraistik elan edir.Якобсон А. Л. Гандзасарский монастырь и хачкары: Факты и вымыслы // Ист.-филол. журн. 1984. N 2. С. 146—152.Улубабян Б. А. Магические превращения, или Как были «албанизированы» хачкары и другие армянские памятники // Литературная Армения. 1988. N 6. С. 84-92.
Xaçdaş nəzəriyyəsinin tam yekunlaşdırılması Axundovların 1986-cı ildə nəşr edilmiş "Qədim və erkən orta əsrlər Azərbaycan memarlığı" () əsəri ilə (redaktor N. İ. Rzayev, rəyçilər Z. M. Bünyadov, V. Q. Əliyev, N. A. Sarkisov) baş tutmuşdur.Ахундов Д. А., Архитектура древнего и раннесредневекового Азербайджана . Баку: Азербайджанское государственное издательство, 1986.
Nəzəriyyəyə görə "Xaçdaş" və Xaçkarların fərqi
Nəzəriyyə müəlliflərinin fikrincə alban xaçdaşlarının obrazları əsrlər boyunca, əvvəlcə dini somvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki (Atəşpərəstlik və Xristianlıq), sonralar isə üç dinin (İslam da daxil olmaqla) təsiri altında təşəkkül etmişdir. D. Axundovun fikrincə xaçdaşların bütün özümlülüyü, orijinallığı və xaçkarlardan əsaslı fərqi də bundan irəli gəlir.
D. Axundovun fikrincə alban qəbir, xatirə və sərhəd stellalarının, xaçdaşlarının yaranmasında, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və paqan din simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışlar. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolunun yerinə xaç istifadə edilməsi onların yeni xristian dininə aid olduğunu təsdiq edir.
Əgər erməni xaçkarlarında simvolik və bədii traktovkanın əsasında bütün kompozisiyanın və bəzək tərtibatının tabe olduğu xaç təsviri durursa, alban xaç daşlarında xaç obrazı adətdən dərinlik və hündürlük üzrə ümumi, çoxpilləli bədii traktovkada əriyib itən bir neçə – 2, 4, 6 kiçik xaçlara xırdalanaraq sanki bəzək tərtibatına qarışır. Bu xaçlar öz həllə görə xristianlıqdan əvvəlki həyat ağaçlarının təsvirlərinə yaxınlaşır. Xaçdaşlarda xaç əsas deyil, əksinə stellanın tam bitkin bədii həll olunmuş obrazıdır.
Müəlliflərin fikrincə xaçın adətən çatmatağlı tağçada, bir növ stilizə olunmuş müsəlman mehrabında yerləşdiyini, onun yuxarısında və aşağısında tamamilə paqan dinlərə məxsus mövzuda təsvirlərin olduğunu nəzərə alsaq xaçdaşların xaçkarlardan əsas fərqi aydınlaşmış olur. Xaçkarların obrazı isə həmişə birmənalı olaraq xristian dininin bədii kanonlarına tabe olurdu.
Alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində təşəkkül tapmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, incəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq – bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur. Nəzəriyyə müəllifləri alban xaç daşlarını bədii tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə dörd qrupa bölürlər ki, onlar da Xaçın, Arsak, Cuğa və Yenivəng xaçdaşlarıdır.
Alban stelalarını araşdıran tədqiqatçıların fikrincə, onlar qədim antropomorf incəsənət əsərlərinin təsirlərini daşımaqdadır. R. Göyüşov Xınıslı yaşayış yerindən aşkarlanmış qadın heykəlini araşdırdıqdan sonra qeyd edir ki, bu qədim incəsənt əsərinin sözsüz ki, dini əhəmiyyəti olmuşdur. Erkən orta əslər alban stelalarının antropomorf mənşəyi haqqında müxtəlif araşdırmaçıların fikirləri ərazisinin böyük hissəsi, həmçinin tarixi Qafqaz Albaniyasına aid olan Azərbaycan və Dağıstanın bir çox qəbir daşları ilə təsdiq olunur. Dağstanın bir çox stelaları düzgün insan başı nəzərə çarpdırılmış antropomorf formada həkk olunmuşdur.
Xristian ikonoqrafiyası, müsəlman dekoru və paqan dinlərin simvolikasının, xristianlıq və ya islam dininə sərbəst etiqad edən albanların (azərbaycanlıların) xatirə əsərlərində çarpazlaşması onların əsas fərqləndirici əlamətidir.
Nəzəriyyəyə görə "Xaçdaş"ların növləri
Xaçın xaçdaşları 210px|thumb|right|Kəlbəcərdəki Xudavəng monastırının zəng qülləsi altında yerləşdirilmiş 1283-cü ilə aid qoşa stellalar nəzəriyyə müəllifləri tərəfindən Xaçın tipli xaçdaşların ən yaxşı nümunəsi kimi tədqiq edilir. D. Axundov stellanın bədii təsvirini Mitra kultu ilə əlaqələndirir. Nəzəriyyə müəlliflərinin fikrincə Xaçın tipli xaçdaşları əsasən Kəlbəcər, Daşkəsən, Qazax və Ağstafa rayonları ərazisində yayılmışdır və bu xaçdaşlar Xaçın knyazlığının yadigarlarıdır. Xaçın Knyazlığının tərkbində olmuş Kəlbəcər rayonu ərazisində tədqiq edilmiş bütün stellalar memarlıq bədii obrazlarının özümlülüyü ilə fərqlənir, eyni zamanda onlar alban xaçdaşları və digər stella tipləri üçün səciyyəvi olan kanon və formalardan kənara çıxmamışdır.
Çahartağ (dördtağlı kompozisiya) şəklində həll olunmuş və tağbəndli hündür stilobat üzərində qaldırılmış qədim bütxananın yaxınlığında qeydə alınmış stellalarda iki dinin – Xristianlıq və çox güman ki, Mitraizm dinlərinin incəsənəti müşahidə olunur. Həmçinin ayrı-ayrı yerli dini təriqətlərin təsiri ehtimal olunur.
D. A. Axundova və M. D. Axundov tərəfindən Kəlbəcər ərazisində dağ döşündə aşkarlanmış xaçdaşda ikiqat düzbucaqlı çərçivə içərisində antropomorf tanrı təsvir olunmuşdur. Onun başında üz əvəzinə çevrə daxilində ulduz – günəş, kosmik işıq, cənnət sferası rəmzi verilmişdir; əlində dairə daxilində girdə ay – məhsuldarlıq rəmzi vardır. Qarnından aşağıda isə başındakına nisbətən bir qədər kiçik dairə daxilində daha bir ulduz – yeraltı dünya və ya ona giriş təsvir olunmuşdur. Müəllifin fikrinə görə, bunlar qədim albanların şüurunda dünyanın aydın üçpilləli modelidir. İnsan fiquru isə göstərilən bütün dünyaları bir biri ilə birləşdirən dünya oxudur. Bu xaçdaşdan bir qədər kənarda isə xristianlıqdan əvvəlki dövrə aid daha bir stella aşkarlanmışdır. Bu stellada düzbucaqlı çərçivə içərisində cızma texnikası ilə qadın, güman ki ay ilahəsi – Selena, Artemida, Anahita təsvir olunmuşdur. Göstərilən stellalar bizim eranın xristianlıqdan əvvəlki dövrünə (I əsrin əvvəllərinə), bəlkə də daha qədim dövrə aiddir.
Dörd xaçdaşın hər biri kompozisiya baxımından dərin oyulmuş hamar fondan, əsas və əlavə xaçları həcmli verilməyən ikinci dekorativ müstəvidən ibarətdir. Üçünün naxışlı haşiyəsi, birinin isə xaçla bir səviyyədə həll olunmuş saya çərçivəsi var. İki xaçdaşın hər birində ikinci dərəcəli kiçik, həm də dərinə batırılmış dörd xaç (güman ki, dörd cəhətin rəmzi) vardır. Əsas xaçlar yeraltı səltənətə girişi təmsil edən bir neçə çevrədən ibarət, zəngin naxışlı, aşağıdakı xonça ilə ahəngdar bir şəkildə çarpazlaşmış simvolik dağdan (bir-birinin içində yerləşdirilmiş pilləli üçbucaqlardan yaranıb) yuxarı qalxan qollu-budaqlı həyat ağacı şəklində həll olunmuşdur.
Nəzəriyyə müəlliflərin fikrincə Xudavəng monastır kompleksinin "zəng qülləsində yanaşı qoyulmuş iki xaçdaş Xaçın xaçdaşlarının ən gözəl nümunələrindən biridir." Onlardan bir-birinin üstündə iki dairəvi xonça olan birinci xaç daş olduqca maraqlı quruluşa malikdir. Aşağıdakı böyük xonça yeraltı səltənətin və ya ora girişin rəmzidir. Yuxarıda isə onun içində meridional şəkildə əlavə dörd kiçik xonça yerləşir. Çox gümün ki, bu səmanın dörd cəhətinin – cənnət sferasının rəmzidir və yaxud planetlərin əbədi hərəkəti ilə hüdudsuz işıq fəzasını təcəssüm etdirir. Onların üstündə həyat ağacı şəklində xaç təsvir olunmuşdur. Xaçdaşın bədii simvolik traktovkası incə işlənmiş qurşaqla tamamlanır. Onun mərkəzində xaçdan yuxarıda üçləçəkli tağın içərisində bürcləri, səmanın möhkəmliyini, göy cismlərinin cənnət sferasını təcəssüm etdirən üç çarpazlaşmış xonça yerləşir.
Soldakı xaçdaş siluetinə görə özünün sağ tərəfdəki qonşusuna oxşar həll olunmuşdur. Onun aşağı issəsində şəbəkəli dairələrdən toxunmuş və ustalıqla naxışlanmış böyük bir xonça yerləşir. Yuxarıda yanlarda iki kiçik xonça yerləşir ki, onlar da böyük xonçayla birlikdə müqəddəs üçlüyü (ata, oğul, müqəddəs ruh) təşkil edir. İki xonça arasındakı üçbucağın təpəsində bir-birinin içərisində yerləşən iki kiçik dairə vardır. Üçbucaq və dairə günəşi təmsil edir, ondan həyat ağacı – məhsuldarlıq rəmzi şəklində xaç yüksəlir. Bu xaçdaş birinci xaçdaşa analoji olaraq incə işlənmiş, qurşaqla tamamlanır. Onun üçləçəkli tağında taxtda oturmuş tanrı təsvir edilmişdir. Xaçın yuxarı budağından qanadlı dairədə kiçik haça çıxır. Xaçdaşda xristian simvolikası ilə ağlasığmaz tərzdə birləşmiş cüt Ahura Mitra tanrılarının aşkar rəmzinin belə təsvirləri, yalnız Qafqaz Albaniyasının stellalarında müşahidə olunur.
Arsak xaçdaşları