Kesthey (; ) — Balaton gölünün qərb sahilində yerləşən və əhalisinin sayı 20 895 nəfər olan Macarıstan şəhəri. Bu gölün ətrafında yerləşən ən böyük şəhərdir və bölgədəki ən əhəmiyyətli mədəni, təhsil və iqtisadi mərkəzlərindən biridir. Yerləşdiyi əraziyə görə şəhər və onun ətrafındakı ərazilər Macarıstanın turistik bölgələrindən hesab olunur.
Roma dövründən salınmasına baxmayaraq şəhər haqqında ilkin tarixi məlumatlara 1247-ci ildən rast gəlinir. 1421-ci ildən Kesthey ticarət şəhəri kimi formalaşmağa başladı.
Pannoniya Universitetinin Kənd Təsərrüfatı fakültəsi Kesthey şəhərində yerləşir. Macar yazıçısı və Peşt Universitetinin kitabxanaçısı olan Georg Feyer 1766-cı ildə Kesthey şəhərində anadan olmuşdur.
Coğrafiyası Mərkəzi Avropanın ən böyük göllərindən biri olan Balaton gölünün şimal-qərbində yerləşir. Şəhər şimaldan meşələr və təpələrlə, cənub-şərqdən düzənliklər və göl ilə əhatə olunmuşdur.
Muzeyləri Balaton muzeyi Balaton Muzey Assosiasiyası 1898-ci ildə Sandor Lovassinin dəstəyi ilə yaranmışdır.
Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Kesthey aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: , Levoça , Starı-Sonç , Lançut , Piwniczna , Endjeyuv , Piran , Boppard , Hof-van-Tvente , Litomişl , Turnov , Alanya
Qalereya
Həmçinin bax Zalaeqerseq
İstinadlar
Xarici keçidlər
in Hungarian, English, German and Russian Keszthely at Veszprém University Aerial photography: Keszthely Keszthely in Flickr Keszthely at funiq.hu http://west-balaton.hu/en/keszthely/keszthely-muzeumok/balatoni-muzeum
Kateqoriya:Macarıstan şəhərləri