Frideş Karinti (; ) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir.
Həyatı və fəaliyyəti Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” () adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir. Sonrakı illərdə parodiyalardan təşkil olunan kolleksiyanı daha da genişləndirdi. İlk yazdığı əsərlər içərisində məktəb illərində qələmə aldığı qısa hekayələrdən ibarət “Zəhmət olmasa, Ser!” () əsəri həm də orta məktəbdə yaşanan çətinliklərdən bəhs edirdi.Please Sir! – the complete translation Herbert Uellsin “Korlar ölkəsi” () və “Dəniz qadın” () əsərlərini macar dilinə tərcümə edən Karinti öz yaradıcılığında da Uellsdən ilham almışdır.Katalin Csala, "The Puzzling Connection between H.G. Wells and Frigyes Karinthy." The Reception of H.G. Wells in Europe, edited by Patrick Parrinder and John S. Partington. Continuum, 2005. (pp.195–204) Tərcümə etdiyi digər əsər isə Alan Aleksandr Milnin Vinni-Pux əsəridir.
Birinci Dünya müharibəsindən başlayaraq onun yazı üslubu daha ciddi xarakter aldı, lakin öz satirik məzmununu tərk etmədi. Karinti yaradıcılığında Conatan Sviftin böyük təsir göstərdiyini vurğulayır: "Faremidoya səyahət" (Utazás Faremidóba, 1916) və "Kapillariya" əsərləri (Capillaria, 1921). Romanlarının və hekayələrinin bir çoxunda kişilərlə qadınlar arasındakı münasibətlərdə yaranan çətinliklərdən bəhs edilir. Bunun səbəbi kimi bəzən onun uğursuz ikinci nikahı göstərilir.
Karinti 1936-cı ildə Stokholmda əməliyyat olundu. 1939-cu ildə nəşr olunan avtobiqorafiyasında bu hadisədən bəhs etmişdir. Əməliyyatdan iki il sonra Balaton gölünün ətrafında tətildə oalrkən vəfat etmişdir.
Şəxsi həyatı thumb|250px|Frideş Karintinin portreti, rəssam Jozef Ripl-Ronay
Karinti iki dəfə ailə həyatı qurmuşdu. 1913-cü ildə aktrisa Etel Yudik ilə evləndi. Ailə həyatları sakit və xoşbəxt keçdi və Qabor adında bir oğlan övladları dünyaya gəldi. Etel 1918-ci ildə çox gənc yaşında faciəvi olaraq ispan qripindən dünyasını dəyişdi. 1920-ci ildə Karinti yenidən Aranka Böhm ilə ailə həyatı qurdu və onların Ferenç Karinti adında övladları dünyaya gəldi. Ferenç Karinti daha sonralar məşhur macar yazıçısı oldu. Dili yaxşı danışmasa da, Karinti Esperantonun ən böyük dəstəkçilərindən biri idi və Esperanto konqreslərində iştirak edirdi və hətta 1935-ci ildə Macarıstan Esperanto Cəmiyyətinin prezidenti seçildi.Esperanto Wikipedia
Seçilmiş filmoqrafiya The Stork Caliph (1917)
İstinadlar
Xarici keçidlər
Works by Frigyes Karinthy Biography, quotes, publications compiled for the Frankfurt Book Fair Biography at the website of the secondary school named after him The Grotesque: Frigyes Karinthy. In: Lóránt Czigány: A History of Hungarian Literature, chapter XIX. Karinthy's entry in Albert Tezla: Hungarian authors – A bibliographical handbook
Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Macarıstan şairləri Kateqoriya:Macarıstan jurnalistləri Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Dramlar