Albani Rayonu (ing. Albany County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-ci ildə bu rayonun əhalisi 36 299 nəfər olmuşdur. 2010-cu ildə isə bu göstərici 32 014 nəfər olmuşdur.

Tarixçə Albani rayonu 16 dekabr 1868-ci ildə Larami rayonunun ərazisində yerləşirdi. Sonradan bu bölgənin əhalisinin artması, onu yeni rayon olaraq yaranmasına təkan verdi. Albani rəsmi olaraq 19 may 1869-cu ildə Vayominq ərazisinin bir rayonuna çevrildi.

Coğrafiyası ABŞ Siyahıyaalma Bürosuna görə, rayonun sahəsi 4,309 kvadrat mil (11,160 km2) idi, bunlardan 4,244 kvadrat mil (11,070 km2) torpaq (99.2%) və 35 kvadrat mil (91 km2) sahə isə su (0,8%) ilə əhatə olunmuşdur.

Qonşu rayonlar

Konvers Rayonu – Şimalda Platt Rayonu – Şimal-şərqdə Larami – Şərq Laramier (Kolorado) – Cənub Cekson (Kolorado) – Cənub-qərb Karbon Rayonu – Qərb Natrona Rayonu – Şimal-qərb

Milli Qoruqlar

Bamford Milli Qoruğu Hutton Gölü Milli Qoruğu Medisin Bou Milli Qoruğu (bir hissəsi) Mortenson Gölü Milli Qoruğu

Əsas avtobanlar

20px Ştatdaxili 80 20px ABŞ Avtobanı nömrə 30 20px ABŞ Avtobanı nörmə 287

Demoqrafiya

Əhalinin siyahıya alınmasına görə 2000-ci ildə Albani rayonunda 32 014 nəfər, 7 006 ailə yaşayırdı, 13 269 ev təsərrüfatı və 15 215 yaşayış evi var idi. Əhalinin orta sıxlığı bir kvadrat kilometrdə 3 nəfər təşkil edirdi. Siyahıyaalınması görə rayonun irqi tərkibi aşağıdakı kimi yayılmışdır:

91,32% — ağlar 1,11% — qara və ya afroamerikalılar 0,95% — yerli amerikalılar 1,7% — asiyalılar 0,06% — Sakit okean adalarından 2,22% — qarışıq 2,65% — digər millətlərdən.

İspan və Latın amerikalıları rayonun bütün sakinlərinin 7,49% - ni təşkil edirdi.

2000-ci ilin siyahıyaalmasına görə rayonun əhalisi aşağıdakı kimi bölünüb:

18,4% — 18 yaşdan aşağı 28,2% — 18 - 24 yaş arası 26,1% — 25-44 yaş arası 19,1% — 45-64 yaş arası və 8,3% — 65 yaş və daha yuxarı.

Rayon sakinlərinin ortalama yaşı 27-dir. Rayondaki hər 100 nəfərə qadına 106,7 kişi düşürdü.

Rayonda bir ev təsərrüfatı üçün orta gəlir 28 790 ABŞ dolları, ətrafda bir ailə üçün orta gəlir isə 44 334 ABŞ Dollarıdır. Bununla yanaşı, kişilər ildə orta hesabla 31 087 ABŞ dolları qazanırlar. Qadınlarda orta illik gəlir isə 22 061 ABŞ dollarıdır. Rayonda adambaşına gəlir ildə 16 706 ABŞ dolları təşkil edib. Rayondakı bütün ailələrin 10,8%-i və əhalinin ümumi sayının 21,0%-i yoxsulluq həddində yaşayırlar.

İcmalar thumb|Lincoln Monument, near Laramie, off Interstate 80|203x203px Şəhərlər

Larami (Rayonun paytaxtı)

Qəsəbələr

Rock River

Nüfus təyin olunmuş yerlər

Albani Kontenniyal Foks Park Vudz Lendinq Celm

İstinadlar

Kateqoriya:Vayominq qraflıqları