Müqəddəs Yelisey adına Cotari Kilsəsi () — Azərbaycanda kilsə.
Xüsusiyyəti Məbəd Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Məbəd binası yerli daşlardan dördkünc planda inşa edilib və kiçik zəng qülləsi də var. 2006-cı ildə əsaslı bərpa olunmuş və Alban-Udi Xristian İcmasının istifadəsinə verilmişdir.
Tarixi Yerində əvvəllər Müqəddəs Yeliseyin şagirdi olan şəhid Vlasın qəbri və eyniadlı kapella yerləşirdi. 1823-cü ildə həmin kapella Astvatzatur Cotaniants adlı bir udi rahib tərəfindən sökülmüş və Mesrop Maştots tərəfindən yerləşdirilmiş iki mis xaç tapılmışdı.Udilər haqda bəzi məlumatlar — Vardan Yeğiazariants, "Ardzaqank" jurnalı, 1887, say 12, səh. 182 1879-cu ildə kilsə yerli camaat tərəfindən 1000 rubla təmir edilmişdir.Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, dosye 7067 Restavrasiyadan əvvəl kilsədə 3 ermənicə yazı mövcud idi.
Assimilyasiya problemi Udilərin Erməni kilsəsi tərəfindən assimilyasiyaya məruz qalması o dövrdə yerli xalqın narazıçılığına səbəb olurdu. Ermənistan Milli Arxivində bu barədə məlumatlar öz əksini tapıb:
Müqəddəs Meşrob məktəbi Erməni kilsəsinin siyasətinin qarşısını alan əsas problem dil barieri idi. Lakin görünür, Nic kəndində yaşayan ermənilər belə öz dillərini unudub yerli xalqın arasında assimilyasiyaya uğrayırdılar:
Nəhayət 1870-ci ildə oğlanlar üçün kilsə məktəbi açılır. Bəzi mənbələrdə isə bu tarix 1876 və 1879-cu illər kimi göstərilir. 1882-ci ildə yaradılmış yeni məktəb 1886-cı ilə qədər fəaliyyətdə olub. 1886-cı ildə Müqəddəs Meşrob məktəbində 70 Udi, 12 Erməni gənci təhsil alırdı. 1892-ci ildə baş verən yanğında məktəb ciddi zərər görmüşdü. Məktəb 1945-ci ilədək fəaliyyətdə olub və bir müddət sonra azərbaycandilli məktəb ilə əvəz olunub.
Din xadimləri Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi keşişlər siyahıya alınmışdır: Yengibar Ter-Astvatzatur Cotaniants Avetik Ohancanyan Cotatiants — 1788-ci ildə doğulub, Calut monastırında keşiş Xələtdən təhsil alıb. Kilsədə xidmət illəri 1832–1857)Ermənistan Milli Arxivi, fond 56, siyahı 12, dosye 531 İohannes Cotatiants (kilsədə 1859–1885) — 1839-cu ildə dördüncü dərəcədən sekston vəzifəsinə təyin olunub. 1885-ci ildə vəfat edib. Dörd oğlu olub — Karapet (1837); Harutyun (1842); İyeremiya (1845) və Martiros (1857). Ölümündən sonra 309 nəfər kənd əhalisi sekston İohannes Tomasyan Cotatiansın kilsə rəhbəri olması üçün səs vermiş və Eçmiədzinə onun təyini üçün tələb göndərmişdi, lakin bu tələb geri çevrilir.Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, dosye 8112 Avetis Cotatiants (kilsədə 1868–1873) Hamparçum (İohannes) Avaqyan Dallakiants — 1851-ci ildə doğulub, 1879-cu ildən 27 dekabr 1910-cu ilədək (ölümünədək) xidmət edib. Daniel (Vağarşak) Harutunyan Cotatiants — ikinci keşiş kimi 1892-ci ildə fəaliyyətə başlayıb və 1910-cu ildə fəaliyyətini bitirib.
İstinadlar
Xarici keçidlər Udilərin saytı
Kateqoriya:Qəbələ rayonunun abidələri Kateqoriya:Qəbələnin görməli yerləri Kateqoriya:Alban-Udi kilsəsi Kateqoriya:Alban kilsələri