Qarşılıqlı Kredit Cəmiyyətinin binası () – Tbilisinin Azadlıq meydanı yaxınlığında, Aleksandr Puşkin və Konstantin Leselidze küçələrinin kəsişməsində yerləşən tarixi binasıdır. Hazırda binada Gürcüstan Əlyazmalar Mərkəzi, Gürcüstan Vətəndaş Bərabərhüquqluğu Nazirliyi və Dini İşlər üzrə Dövlət Agentliyi yerləşir.

Tarixi

Binanın inşasına 1910-cu ildə başlanılmış və inşaat işləri 1915-ci ildə tamamlanmışdır. Bina, o dövrdə Tbilisinin məşhur memarlarından olan Mixail Ohandcanovun layihəsi əsasında inşa edilmişdir. İlkin olaraq bina iki mərtəbəli inşa edilmiş və Tiflis Qarşılıqlı Kredit Cəmiyyətinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Sonradan binaya üçüncü mərtəbə də əlavə edilmişdir.

İstinadlar

Ədəbiyyat ენციკლოპედია „თბილისი“, გვ. 796, თბ., 2002 Xarici keçidlər Центр рукописей Грузии переедет в бывшее здание Нацбанка

Kateqoriya:Tbilisi tikililəri Kateqoriya:Tbilisi memarlığı Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:1915-ci ildə yarananlar