Böyük Kirs — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Xocavənd və Şuşa rayonları sərhədindədir. Orta Yuranın vulkanogen-çökmə suxurlarından ibarətdir. Azərbaycan mənbələrinə görə dağın hündürlüyü 2725 metr. Ermənistan mənbələrinə görə isə 2724.6 metrdir. Zirvədən Allı çayı başlayır.

Toponimikası Kiçik Kirs oronimindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Kirs toponimik termin kimi "şiş təpə, sıldırım dağ" mənalarında işlənir.

Qalereya

İstinadlar

Kateqoriya:Şuşa rayonunun dağları Kateqoriya:Xocavənd rayonunun dağları Kateqoriya:Dağ zirvəsi – ikiminliklər