Oldos Leonard Haksli (; ) — ingilis yazıçısı. Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Sonrada bir daha kor olacağı qorxusu ilə qarşısına gələn bütün kitabları oxudu. Müasirlər Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyənlə və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. İntellektual-polemik "Sarı Krom" (1921), "Təlxək rəqsi" (1923), "Kontrapunkt" (1928), "Cəsur Yeni Dünya" (1932) romanlarında cəmiyyətin mənəvi eybəcərliyi satira atəşinə tutulur. Lakin Haksli yaradıcılığında humanizmin zəifləməsinə, əxlaqi və dini öyüdçülüyə, mistisizmə gətirib çıxarmışdır: "Meymun və mahiyyət" (1948), "Dahi və ilahə" (1955) və s. romanları var.
Mükafatları
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngilis yazıçılar Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Böyük Britaniya esseistləri Kateqoriya:Pasifistlər Kateqoriya:XX əsr filosofları Kateqoriya:XX əsrin İngiltərə romançıları