() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Çində geniş yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 10–18 m, çətirinin diametri 7–10 m olan, şaxələnmiş budaqlı və enli, sıx çətirli, düz silindrik gövdəli, yarpağı tökülən ağacdır. Yarpaqları üzbəüz düzülüşlü, iri, uzunluğu 30 sm-ə qədər, uzunsaplaqlı, bütöv kənarlı, bəzən üç hissəli və ya dərin dişlidir. İri çiçəkləri zəngvari, bənövşəyi rənglidir, süpürgəvari hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi çoxsaylı, xırda, qanadlı toxumları olan qutucuqdur. Kök zoğları və toxumlarla çoxaldılır.

Ekologiyası İşıqsevəndir. Zəngin, məhsuldar, drenajlı torpaqlara tələbkardır. Quraqlığa və çox nəmişliyə dözmür. Qışa davamlıdır.

Azərbaycanda yayılması Mərkəzi Nəbatət bağında və Dendrologiya İnstitutunda becərilir.

İstifadəsi Mədəni şəraitdə park və bağlarda becərilir. Bol, mavi-bənövşəyi çiçəkləri, iriyarpaqları bitkiyə dekorativ görünüş verir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin ağacları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:35–39 ID olan Taksonbar