Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
Həyatı Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyil etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Aşıq fəaliyyəti Ustadı Aşıq Barat olan Haşım Qubalı aşıq şeirinin bütün şəkillərində şeir yazıb, bir neçə kitab nəşr etdirib. "Yetim Aydın", "Adıgözəl", "Bikəs", "Seydi" kimi unudulmuş dastanları bu gün də yaşadan sənətkar "Səni bilmirəm", "Ayrılmaq olmur", "Harasındadır", "Yoxsa nə", "Qızım", "Nə var", "Xaltan deyilmi", "Uşaq kimiyəm" və qoşmaları ilə aşıq sənətini zənginləşdirmişdi. "Gülməz bizə", "Sevgi ətri", "Hal qoymayır", "Gedərəm", "Gözlərin", "Sözüm yoxdu", "Qurban olum", "Gözəl", "Gəl calayaq", "Neyləsin", "Apar məni", "Qubalı qız", "Bu sedanın adı", "Həsrət var", "Bu məhəbbətin", "Mənim deyil" və s. adlı şeirləri mövcuddur.
Kitabları "Bağışla məni" (Bakı, "Şirvannəşr", 2002); "Mənə meydan verin" (Bakı, "Şirvannəşr", 2005); "Tatam mən" (Bakı, "Şirvannəşr", 2008); "Bu sevgi" (Bakı, "Şirvannəşr", 2015) və s.
Şeirləri
Gəraylıları
Haqqında deyilənlər Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı:
Filologiya üzrə fələsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədli:
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu:
Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi "Günümüzün ustad aşıqları" seriyasından nəşr olunan kitabda tanınmış ustad, özünəməxsus dəst-xətti ilə seçilən Əməkdar Mədəniyyət İşçisi Haşım Qubalının (Balasıyevin) həyat və yaradıcılığı haqda qısa oçerk, respublikamızın görkəmli elm və sənət adamlarının onun haqqında söylədikləri dəyərli fikirlər və yaradıcılığından nümunələr yer alıb.
Mükafatları Müxtəlif tədbirlərdəki çıxışlarınıza görə dəfələrlə fəxri fərmanlara və diplomlara layiq görülüb, 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb.
Həmçinin bax Aşıq Aşıq Qurbani
Xarici keçidlər Aşıq Haşım Qubalı. VOB Ashiq Hashım, Qubalı Ashıq Haşım, Haşım
İstinadlar
Ədəbiyyat Günümüzün ustad aşıqları: Haşım Qubalı. Bakı, "Elm və Təhsil" nəşriyyatı, 96 səh.
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Quba rayonunda doğulanlar