Usay krateri () — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını argentinalı fizioloq olan Bernardo Usayın (1887—1971) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir.
Kraterin təsviri Usay kraterinə ən yaxın yerləşən krater Boş krateridir və ondan şimal-şərqdə yerləşir. Krater Nansen kraterinin şimal hissəsini əhatə edir. Tsay Lun krateri bu kraterdən cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları , dərinliyi 31,4 km, dərinliyi isə 1,9 km-dir.
Usay krateri çoxbucaqlı formadadır və əhəmiyyətli dərəcədə dağılmışdır. Kraterin səthinin cənub-şərq hissəsi aydın şəkildə seçilən kiçik kraterlərin səthi ilə hamarlanmışdır. Bəzi kraterlər isə hamar sahəni kəsir. Şimal qütbünə yaxınlığına görə kraterin dib hissəsi praktiki olaraq daima kölgədədir.
İstinadlar
Mənbə
Xarici keçidlər LAC-1 area - Map of northern lunar pole
Kateqoriya:Ay kraterləri