Zəyəm — Azərbaycan Respublikasının Şəmkir rayonunun Zəyəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Gəncə–Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götürülüb, dəli–dolu deməkdir) olmuşdur. 1594-cü ildə Gəncə–Qazax quberniyasının Zəyəm qəzası yaranıb. 1882-ci ildə onluq və iyirmilik qızıl sikkələr istehsal olunmuşdur. 1882-ci ildə Zəyəm Dəmiryol stansiyası tikilib. 1885-ci ildə Zəyəm orta məktəb (qızlar gimnaziyası) yaradılıb. 1930-cu ildə Zəyəm Dairəsi yaranıb burada icarayə komitəsi, milis və məhkəmə olub. 1951-ci ildə Sabirkənd, Bayramlı kəndləri və Zəyəm qəsəbəsi bir sovetlik olub. 1967-ci il aprelin 20-də Zəyəm şəhər tipli qəsəbə adı verilib. Coğrafiyası yaşayış üçün əlverişlidir.

Əhalisi Qəsəbənin əhalisi 7900 nəfər təşkil edir .

İqtisadiyyatı Qəsəbədə həmçinin Texnologiya Parkı, Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsi, 2 tam orta məktəb, 1 xəstəxana, 1 doğum evi, 1 baytarlıq məntəqəsi, 1 poçt, 1 ATS, 1 uşaq bağçası, 3 özəl daş karxanası, Şəmkir musiqi məktəbinin filialı, 1 kitabxana, 1 mədəniyyət evi, qaz paylayıcı stansiya, Dəmiryol stansiyası və elektrik şəbəkəsinin Zəyəm yarım paylayıcı stansiyası mövcuddur.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun qəsəbələri