() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şimali və Cənubi Cində, Yaponiyada və Koreyada təbii halda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 10–12 m, nazik, sallaq budaqlı, dağınıq çətirli ağacdır. Yarpaqları iti və ya küt uclu, ellipsvari, 2–5 sm uzunluğunda, üstü hamar və parlaqdır. Alt səthi azca qabarıqdır, kənarı dişlidir. Yarpaq saplağı 2–6 mm uzunluğundadır. Qanadcığı dairəvi, ellipsvaridir, 1 sm uzunluğundadır. Çiçəkləri sarımtıl rəngdə olub, salxım çiçək qrupunda toplanır. Mart ayının axırında çiçəkləyir, toxumları apreldə yetişir. Toxum və pöhrələrlə çoxaldılır.

Ekologiyası Şaxtaya, quraqlığa davamlıdır. Yaşıllaşdırmada geniş istifadə edilir. Zərərvericilərə tez məruz qalır.

Azərbaycanda yayılması Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.

İstifadəsi Avtomobil yollarının kənarlarının yaşıllaşdırılmasında geniş istifadə olunur. Gözəl bonsay forması vermək olur.

Sinonimləri

Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Çin ağacları Kateqoriya:Yaponiya ağacları Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya florası Kateqoriya:35–39 ID olan Taksonbar