Rauf Səlimov (23 avqust 1964, Bakı, Azərbaycan SSR) — Dövlət Statistika Komitəsinin sədr müaviniAzərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

Həyat və fəaliyyəti 1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirmişdir. İqtisad elmləri namizədidir.

1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 2007-ci ilin mart ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinidir.

İstinadlar

Xarici keçidlər Rauf Səlimov

Kateqoriya:Bakıda doğulanlar