Elnur Mahmudov (7 dekabr 1977) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005).
Həyatı Elnur Mahmudov 1977-ci ilin 7 dekabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir.
Fəaliyyəti Uşaq yaşlarından bir çox fərdi sərgilərini təşkil etmişdir. Bununla yanaşı xarici ölkələrdə sərgiləri olmuşdur: Türkiyə (İstanbul,2000), İran (2005), Rusiya (Moskva, 2012), Böyük Britaniya (London, 2013). Bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdırÖlkələrarası Qazipaşa sənət simpoziumu sərgisində tanınmış azərbaycanlı rəssamlar da iştirak edib . Əsərləri natürmort və portret janrlarındadır.
Maraqlı fakt Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya onun şəklini çəkərək sürpriz etmişdir. Onun çəkdiyi rəsm əsəri hazırda Maradonun ev muzeyində sərgilənir.
Şəkilləri
İstinadlar
Xarici keçidlər Elnur Mahmudov (Instagram)
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Sumqayıtda doğulanlar