1974 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 19-cu Avroviziya Mahnı Müsabiqəsidir. Ann-Mari Davidin ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə 1973 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1974-cü ildə müsabiqəyə dördüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Lüksemburqun dövlət kanalı ölkənin iki il ard-arda müsabiqəyə ev sahibliyi etməyə maliyyə cəhətdən hazır olmadığını açıqlamışdır. Beləliklə Lüksemburqun Avroviziya 1974-ə ev sahibliyi etməkdən imtina etməsi ilə birlikdə müsabiqəyə ev sahibliyini Böyük Britaniya beşinci dəfə öz üzərinə götürmüşdür. Müsabiqə İngiltərənin Brayton kurortunda Brayton Dome arenasında keçirilmişdir. Müsabiqə 1974-cü ilin 6 aprel tarixində baş tutmuşdur.

1974-cü ildə Yunanıstan Avroviziyaya ilk dəfə qoşuldu. Fransa prezidenti Jorj Pompidunun Avroviziya 1974 ərəfəsində dünyasını dəyişməsi səbəbindən ölkənin dövlət kanalı Braytonda keçirilən müsabiqədə iştirak etməmək qərarına gəldi. Fransanı müsabiqədə Dani "La vie à vingt-cinq ans" mahnısı ilə təmsil etməli idi. Ümumilikdə 17 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri qalib gəlmişdir. İsveçə bu müsabiqədə məşhur ABBA qrupunun ifa etdiyi "Waterloo" adlı mahnı qalibiyyət gətirmişdir. Bu İsveçin Avroviziyada ilk qalibiyyəti idi.

Final İtaliya təmsilçisi Cilyola Çinkvetti "Non ho l'età" adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində İtaliyaya qələbə qazandırmışdır.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 İngiliscə Karita "Keep Me Warm" Məni isti saxla 13 4 02 İngiliscə Oliviya Nyuton-Con "Long Live Love" Yaşasın sevgi 4 14 03 İspanca Peret "Canta Y Sé Feliz" Oxu və xoşbəxt ol 9 10 04 İngiliscə Anne Karine Ström və Bendik Singers "The First Day Of Love" Eşqin ilk günü 14 3 05 Yunanca Marinella "Krasi, Thalasa Ke T' Agori Mu" (Κρασί, θάλασσα και τ' αγόρι μου) Şərab, dəniz və sevdiyim oğlan 11 7 06 İvritcə Kaveret "Natati La Khayay" (נתתי לה חיי) Ona həyatımı verdim 7 11 07 Serbcə Korni Grupa "Generacija '42" (Генерација '42) Nəsil '42 12 6 08 İngiliscə ABBA "Waterloo" Vaterlo 1 24 09 Fransızca, İngiliscə Ayrin Şir "Bye, Bye, I Love You" Sağ ol, səni sevirəm 4 14 10 Fransızca Romual "Celui Qui Reste Et Celui Qui S'En Va" Kim qalar kim gedər 4 14 11 Fransızca Jak Ustin "Fleur De Liberté" Azadlıq çiçəyi 9 10 12 İngiliscə Mouth and MacNeal "I See A Star" Bir ulduz görürəm 3 15 13 İngiliscə Tina Reynolds "Cross Your Heart" Qəlbini keç 7 11 14 Almanca Sindi və Bert "Die Sommermelodie" Yaz melodiyası 14 3 15 Almanca Piera Martell "Mein Ruf Nach Dir" Mənim sənə səslənişim 14 3 16 Portuqalca Paulu de Karvalyu "E Depois Do Adeus" Əlvidadan sonra 14 3 17 İtalyanca Cilyola Çinkvetti "Sì" Hə 2 18

Nəticələr Səsvermə nəticələri Cəmi Finlandiya 4 1 2 1 Böyük Britaniya 14 1 1 4 1 1 2 1 3 İspaniya 10 2 1 3 1 1 2 Norveç 3 1 1 1 Yunanıstan 7 2 4 1 İsrail 11 2 1 2 1 2 3 Yuqoslaviya 6 1 1 1 1 2 İsveç 24 5 1 2 2 1 1 3 1 2 5 1 Lüksemburq 14 1 1 2 2 1 1 3 1 2 Monako 14 2 1 1 1 2 2 1 2 1 1 Belçika 10 2 5 3 Niderland 15 1 1 2 1 3 3 1 1 1 1 İrlandiya 11 1 2 2 1 2 2 1 Almaniya 3 1 1 1 İsveçrə 3 1 1 1 Portuqaliya 3 1 2 İtaliya 18 2 5 2 1 1 4 1 1 1

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1974-cü ildə Birləşmiş Krallıq