Samuel Kolt () — Amerikalı ixtiraçı və sənayeçi. Bir dəfə doldurma ilə çoxlu mərmi ata bilən altıaçılan tipli bir tapança kəşf etmiş və bununla da, silah sənayesində yeni cığır açmış və silah istifadəsi daha da geniş yayılmışdır. 1847-ci ildə ABŞ-nin Konnektikut bölgəsində Kolt silah istehsalı şirkətini yaratmışdır. Müasir dövrdə adını daşıyan modern tapança növləri ABŞ başda olmaq şərti ilə bir sıra dünya ölkələrinə ixrac edilir.

Müasir mediada Samuel Kolt “Supernatural” adlı bir qorxu serialında özünün yaratmış olduğu “kolt” adlı tapançası ilə məşhurdur.

İstinadlar

Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:Amerikalı masonlar