Mariya Sergeyevna Titarenko () — Azərbaycanın opera müğənnisi. Azərbaycan SSR əməkdar artisti (1960).
Yaradıcılığı Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.
Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vaqif", "Sevil" operalarındakı obrazları və "Arşin mal alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, "Faust", "Bohema", "İolanta", "Yevgeni Onegin", "Qar qız", "Maskarad" və s. operalarda aparıcı partiyaları ifa etmişdir.
Mənbə Görkəmli musiqi xadimləri — Mariya Titarenko
Həmçinin bax Azərbaycan musiqisi
Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri