Şahin Vaqif oğlu Bayramov () — iqtisad üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin rektoru. Mingəçevir Dövlət Universitetinin sabiq rektoru
Həyatı və fəaliyyəti Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. Bakalavriat və magistratura təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. 2012-ci ildə eyni universitetdə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2015-ci ilin sonunda ABŞ-nin Nyu York şəhərində üç günlük "İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı"nda iştirak edib.
ABŞ Dövlət Departamentinin "Hubert H. Humphrey" təqaüd proqramı çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-də təhsil almışdır.
2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib.
2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.dos. Şahin Bayramov UNEC NEWS
31 iyul 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. 20 may 2024-cü ildə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edlilib.
20 may 2024-cü ildə Qarabağ Universitetinin rektoru təyin olunub.
Həmçinin bax Mingəçevir Dövlət Universiteti Qarabağ Universiteti
İstinadlar
Kateqoriya:Mingəçevir Dövlət Universitetinin rektorları Kateqoriya:Qarabağ Universitetinin rektorları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri