Azərbaycan televiziya tamaşaları Azərbaycan Televiziyası tərəfindən sovet və müstəqillik dövrlərində yayınlanmışdır.

Siyahı + Tamaşa Göstərilən il Rejissor(lar) Ssenarist(lər) İstehsalçıÖtən ilin son gecəsi1978Ramiz HəsənoğluTariyel VəliyevAnarAzərbaycan TeleviziyasıKökdən düşmüş piano1982Lətafət CabbarovaMövlud SüleymanlıAzərbaycan TeleviziyasıTamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər istəməz öz dağılmış ailəsini xatırlayır və dərdini ev sahibləri Gülər (Səidə Quliyeva) və Nərimanla (Şahin Cəbrayılov) bölüşür.Ac həriflər1993Ramiz HəsənoğluRamiz Həsənoğlu Şərif Qurbanəliyev"Sabah" yaradıcılıq birliyiFilm-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Dövrün "ac hərifləri" öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər.

Səni axtarıram + Tamaşa Göstərilən il Rejissor(lar) Ssenarist(lər) İstehsalçıSəni axtarıram1981Tariyel VəliyevAslan QəhrəmanovAzərbaycan TeleviziyasıTamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.Bağışla1983Tariyel VəliyevAslan QəhrəmanovAzərbaycan Televiziyası"Səni axtarıram" televiziya tamaşasının davamı olan bu hissədə Elçinin (Yaşar Nuri) institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif (Rəfael Dadaşov) obrazını yeni konteksdə təqdim edir. İnstituta qayıdan Elçin yenidən Gülnarla (Firəngiz Mütəllimova) qarşılaşır, söz-söhbətlər calanır bir-birinə…Səndən xəbərsiz1985Tariyel VəliyevAslan QəhrəmanovAzərbaycan TeleviziyasıBu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır…

Yaşıl eynəkli adam + Tamaşa Göstərilən il Rejissor(lar) Ssenarist(lər) İstehsalçıYaşıl eynəkli adam1987Ramiz HəsənoğluTariyel VəliyevVaqif SəmədoğluAzərbaycan TeleviziyasıYaşıl eynəkli adam 21999Ramiz HəsənoğluVaqif Səmədoğlu"Sabah" yaradıcılıq birliyiFilmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar(Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin(Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?… Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar.Yaşıl eynəkli adam 32002Ramiz HəsənoğluVaqif Səmədoğlu"Sabah" yaradıcılıq birliyiBu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar(Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır…

İstinadlar