Əlihüseyn Hüseyn oğlu Hüseynov () — Azərbaycan Mülki Aviasiya İdarəsinin aviasiya texniki. Sosialist Əməyi Qəhrəmanı (1973).
Həyatı 13 may 1921-ci ildə Hacıqabul rayonunun Navahı kəndində anadan olub. 1939-cu ildən Azərbaycan Mülki Aviasiya Administrasiyasının Zabrat aviasiya müəssisəsinin Hacıqabul hava limanında yanacaqdoldurma məntəqəsində işləyən təyyarə mexaniki, 1952-ci ildən isə təyyarə texniki işləyib.Novruzov Ə. Mənim belə yoldaşım var // Kommunist. — 1973. — 15 fevral.
1973-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Lenin ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.Mülki aviasiya işçilərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir // Kommunist. — 1973. — 10 fevral.
İstinadlar
Kateqoriya:Aviamühəndislər