Alı Allahverən oğlu Əliyev () — alim, tarix elmləri doktoru, professor, Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini (1956–1961), İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri (1957-ci ildən). "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. S. 162–163.
Həyatı və elmi fəaliyyəti Alı Əliyev 1922-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1939-cu ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. İkinci dünya müharibəsində (1941–1945) iştirak etmişdir. "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə qəbul olunmuşdur. 1954-cü ildə Sov. İKP MK nəzdində olan olan İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmiş, namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildən yenidən Azərbaycan Kp MK-da məsul təşkilatçı, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.
1956–1961-ci illərdə Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini vəzifələrində çalışmışdır. 1967-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. 1961–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (İndiki Azərbaycan Texniki Universiteti) dosent, professor vəzifələrində çalışmışdır.
1975-ci ildən ömrünün axırına qədər İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri olmuşdur.
200-dən çox elmi əsərin, 20-dan çox kitabın müəllifidir.
1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Təltif və mükafatları "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.
İstinadlar
Mənbə Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. S. 162–163.
Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri