Arxiyatr, o cümlədən arxiyator, arxiyater (qədim yunan dilində άρχι «əsas, böyük + ιατρός «həkim» sözlərindən əmələ gəlib) — Hakim şəxslərin, əsasən də Roma imperatorları yanında xidmət edən baş həkim. Bu rütbəni tanınan ictimai vəzifələri yerinə yetirən həkimlər də daşıyırdı.

Tarixi Tarixdə ilk xatırlanan arxiyatr imperator Neronun həkimi Böyük Andirmaxdır. Arxiyatrlar Archiatri palatini — saray arxiyatrları və Archiatri populares — xalq və ya şəhər üçün arxiyatrlar. Birincilər bəzi hallarda ali dövlət vəzifələri tuta bilirdilər (Comites et Archiatri Sacri palatini). İkincilər isə digər öhdəlikləri ilə yanaşı, əhalini də müalicə etməli və onu dərmanla təmin etməli idilər. Arxiyatrlar şəhərlərdə kollegiyalar yaradır və hökumətdən təqaüd alırdılar.

Son Roma imperiyası sarayının arxiyatrları primi medici və ya primi medicorum adlanır, davamlı olaraq elə bir nüfuz qazanırdılar ki, Böyük Feodosi və Qonoriya yanında olduğu kimi komitlər, vikiyariuslara (canişinlərə) və dükslərə (italyancada dojlara) çevrilirdilər.Архиятер // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907

Rusiya imperiyasında arxiyatrların siyahısı

Robert Areskin (1716—1718) Lavrenti Blyumentrost (1721—1731) Riger İohann Xristofor (1732—1734) İohann Bernhard Fişer (1734—1741) İ.H. Lestok (1741—1748) Q.Burqav-Kaau (1748—1752) P. Z. Kondoidi (1754—1760) Y. Monsi (1762—1763)

Həmçinin bax

Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu)

İstinadlar

Kateqoriya:Tibb tarixi Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Roma imperiyasındakı vəzifələr Kateqoriya:Tibbi peşələr