Cavanşir Qafarağa oğlu Qafarov () — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959).
Həyatı Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.
Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Koroğlu Üzeyir Hacıbəyov Həsən xan Leyli və Məcnun Üzeyir Hacıbəyov Nofəl Arşın mal alan Üzeyir Hacıbəyov Süleyman Aşıq Qərib Zülfüqar Hacıbəyov Şahvələd Şah İsmayıl Müslüm Maqomayev Aslan şah Nərgiz Müslüm Maqomayev Ağalar bəy Sevil Fikrət Əmirov Atakişi Ölülər Vasif Adıgözəlov Hacı Həsən ağa Azad Cahangir Cahangirov Yavər Bahadır və Sona Süleyman Ələsgərov Soltan Vaqif Ramiz Mustafayev Vidadi və Qacar Traviata Cüzeppe Verdi Jorj Jermon Aida Cüzeppe Verdi Amonasro Riqoletto Cüzeppe Verdi Qraf Monterone Lakme Leo Delib Frederik Toska Cakomo Puççini Şarrone Karmen Jorj Bize Eskamilio və Morales Aleko Sergey Raxmaninov Aleko İolanta Pyotr Çaykovski Robert Qaratoxmaq qadın Pyotr Çaykovski Qraf Tomski Knyaz İqor Aleksandr Borodin Knyaz İqor İvan Susanin Mixail Qlinka Kral Siqzmund
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları