Rəşid Paşayeviç Əsgərxanov () — məşhur cərrah-kardioloq, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1974), Azərbaycan və Bolqarıstan cərrahiyyə cəmiyyətlərinin fəxri üzvü. Millətinə görə qumuqdur.

Həyatı Dağıstan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Böyük Sovet Ensiklopediyasının ürək cərrahiyyəsi şöbəsində redaktor işləmişdir. 400-dən çox elmi məqalənin və 12 ayrı kitabın müəllifidir. 1958-ci ildə Dağıstanda malformasiyaya görə ilk ürək əməliyyatını etdi. İkinci Dünya Müharibəsinin iştirakçısıdır. 3 may 1987-ci ildə sağalmaz xəstəlikdən öldü.

Mükafat və Təltifləri Dağıstanın və Rusiyanın əməkdar elm xadimi. Oktyabr inqilabı ordeni. Qırmızı Əmək Bayrağı ordeni. Azərbaycan və Bolqarıstan cərrahi cəmiyyətlərinin fəxri üzvüdür. Beynəlxalq Cərrahlar Cəmiyyətinin həqiqi üzvü. Beynəlxalq Damar və Ürək Cərrahiyyəsi Həkimləri Cəmiyyətinin həqiqi üzvü. Beynəlxalq Pleboloqlar Cəmiyyətinin fəxri üzvü.

Xatirəsi Küçə (Maxaçqala, Qızılyurd) Cərrahiyyə Klinikası (Maxaçqala) Xəstəxana (Xasavyurt)

İstinadlar

Kateqoriya:Qumuqlar Kateqoriya:Rusiya Federasiyasının əməkdar elm xadimləri