thumb|sağ|250px|1: Materik Çini, Tayvan (göy dördbucaq), Honqkonq (qırmızı dördbucaq) və Hainan (bənövşəyi sərhəd). 2: Honqkonq və Makao (yaşıl) və onların Materik Çini (sarı) ilə sərhədləri. 3: Tayvan və onun Materik Çini ilə dəniz sərhədləri.

Materik Çini və ya Qitə Çini (| Pinyin: zhōngguó dàlù) — Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən termindir. Bu ərazilərə Honqkonq və Makao xüsusi inzibati rayonları, və həmçinin Tayvan daxil deyil.

Bu hüquqi və siyasi anlayışdır. Lakin, bəzən sırf coğrafi mənada da işlənilir. Məsələn, Haynan adasının xüsusi statusu yoxdur, lakin onun coğrafi mənada Materik Çindən Haynan boğazı tərəfindən ayrılmış olduğundan yazılır.

Tarixi

Çində vətəndaş müharibəsinin sonunda, 1949-cu ildə, Çin Kommunist Partiyası (ÇKP) ilə Çin Xalq Azadlıq Ordusu qalib gələrək Homindan və Milli İnqilabi Ordusunu məğlub ediblər. Buna görə, Homindan Çin Respublikasının institutlarını (o cümlədən, hökumətini) Tayvana köçürməyə məcbur olub. Tayvan adası Yaponiyanın kapitulyasiyasından sonra, 1945-ci ildə Homindana hökumətinə verilmişdi. 1949-cu ilin oktyabrın 1-də Çin Xalq Respublikası təsis olandan bəri, onun ÇKP idarə etdiyi hökuməti özünü bütöv Çinin yeganə qanuni hökuməti olaraq sayır. Eyni zamanda, Tayvanda yerləşən Çin Respublikasının hökuməti özünü bütün Çinin qanuni hökuməti sayır və idarə etdiyi ərazilərini Çin Respublikasının azad ərazisi () adlandırır. Beləliklə, bu iki hökumət beynəlxalq aləmdə "Çin hökuməti" kimi tanınmaq üçün rəqabət başlayıblar. Halbuki, Tayvanın demokratikləşməsindən sonra, Tayvan azadlığı hərəkatı populyarlaşması nəticəsində, orda Çin Xalq Respublikasının sadəcə "Çin" şəkildəki adlanması daha çox yayılmışdı.

Honqkonq ilə Makao ÇXR-ın 1949-cu ildəki təsisi zamanı xarici dövlətlərin koloniyaları olduqlarına görə, onlar Materik Çini anlayışına daxil deyil. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Honkonq və Makao Den Syaopinin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.

Anlayışın rəsmi istifadəsi

ÇXR-nın giriş və çıxış idarəçiliyi qanunuda () bu cür iki anlayış var:

Qitə (). Daxili torpaq (). Bu anlayış Honkonq və Makao ərazilərinə aid deyil.

Birinci termin Bir Çin siyasətini vurğulamaq üçün, söhbət ÇXR ilə Tayvan münasibətləri haqqında gedəndə işlənilir. ÇXR hökuməti jurnalistlərə tapşırır ki, bu münasibətləri müzakirə edəndə, Tayvan ilə "qitə" (Dàlù) sözləri işlədilsin. Söhbət Honkonq və Makao haqqında gedəndə isə, ÇXR hökuməti özünü ingilis dilində "Mərkəzi Halq Hökuməti" () adlandırır. Daxili torpaq (Nèidì) anlayışı ÇXR-də, Materik Çinin bölgələrdən xaric olan ərazilər mənasını daşıyan "sərhəddən xaric" () anlayışı ilə birgə işlənilir.

İstinadlar

Kateqoriya:Çin Kateqoriya:Şərqi Asiya Kateqoriya:Tayvanın ərazi mübahisələri Kateqoriya:Çinin ərazi mübahisələri Kateqoriya:Çin coğrafiyası Kateqoriya:Çinin inzibati bölgüsü Kateqoriya:Geosiyasi terminlər