Xosrov Cahanbani (27.2.1941 Tehran - 16.4.2014 Cenevrə) — İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbaninin oğlu, Məhəmməd Rza Pəhləvinin qızı Şahnaz Pəhləvinin ikinci həyat yoldaşı, rəssam.

Həyatı Xosrov Cahanbani 27 fevral 1941-ci ildə Tehran şəhərində anadan olub. Onun atası İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbanidir. Kaliforniya Dövlət Universiteti Sakramentoda və Miçiqan Universitetində təhsil alıb. 1971-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin böyük qızı şahzadə Şahnaz Pəhləvi ilə ailə həyatı qurmuşdur. Onlar nikahlarını İranın Parisdəki səfirliyində rəsmiləşdirmişdilər. Deyilənə görə Məhəmməd Rza Pəhləvi bu nikahı dəstəkləmirdi. İran İslam İnqilabından sonra Xosrov Cahanbani İranı tərk edir və İsveçrəyə köçür. 16 aprel 2014-cü ildə xərçəng xəstəliyindən vəfat edib.

Ailəsi Atası Qacar şahzadəsi Əmənulla Cahanbani İranın müdafiə naziri olub. Onun ulu babası Fətəli şah Qacardır. Anası Yelena Kasminskaya isə Petroqrad şəhərinin zadəgan rus ailəsindən idi. Böyük qardaşı Nadir Cahanbani İran Hərbi aviasiyasının rəisi olmuş lakin 1979-cu ildə İran İslam İnqilabından sonra güllələnmişdir. İran şahı Məhəmməd Rza Pəhləvi və Fövziyə bint Fuad qızı olan Pəhləvi şahzadəsi Şahnaz Pəhləvi ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 1971-ci ildə Keyxosrov adlı oğlu və 1973-cü ildə Fövziyyə adlı qızı dünyaya gəlib.

Həmçinin bax Qacarlar Fətəli şah Qacar Əmənulla mirzə Qacar

İstinadlar

Kateqoriya:Cahanbanilər Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Cenevrədə vəfat edənlər Kateqoriya:İsveçrədə vəfat edənlər Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Qacar şah ailəsi Kateqoriya:İran rusları