Pilamif adası — Oxot dənizinə daxil olan Amur limanı ərazisində yerləşən nisbətən iri ada. Çastıe adalarının tərkibinə daxil olan ən böyük adadır. Materikdən onu 9,5 km eni olan boğaz ayırır. Saxalinlə arasında isə 19,5 km məsafə vardır. İnzibati cəhətdən Rusiya Federasiyası Xabarovsk diyarı, Nikolayski rayonu ərazisinə daxildir. 1860-cı il Pekin müqaviləsinə əsasən ada Rusiyanın mülkiyyətinə çevrilir. Dairəvi formaya malik olan ada 4 km uzunluğa və 1,6 km malksimal enə malikdir. 38 il ərzinsə adada Pilamif mayakı fəaliyyət göstərmişdir. Mayak 1943-cü ildə ABŞ-Kanada və SSRİ-nin şərq hissəsində yerləşən limanlara hərbi yüklərin daşınması məqsədinə xidmət edirdi. 1981-ci ildə mayak sökülmüşdür. Nisbətən geniş əraziyə sahib olması səbəbindən buranın zəngin flora və faunası vardır. Yayda adanı ot basır və burada müxtəlif növ göbələklər bitir. Hazırda adada yaşayış yoxdur. Əvvəllər isə burada mayak işçiləri qalırdı.

İstinadlar

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Xabarovsk diyarı adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Xabarovsk diyarının yaşayış olmayan adaları