Qabriel Ceyms Birn () — İrland aktyor, rejissor, ssenarist, yazıçı və səsləndirmə sənətçisi. Sənət karyerasına 1979-cu ildə London Kral Teatrına qatılmamışdan əvvəl Fokus Teatrında başlamışdır. Televiziya ekranlarında isə ilk dəfə İrlandiyanın “The Riordans” adlı serialı ilə çıxmışdır. Aktyor, aralarında “Mümkün şübhəlilər”, “Balaca qadınlar”, “Miller döngəsi”, “Stiqmata” və “Şeytanın son günü” kimi müvəffəqiyyətli filmlərin də olduğu 35-dən çox tammetrajlı filmə çəkilmişdir. Prodüserliyini etdiyi “Atamın adına” filmi Oskar mükafatına namizəd göstərilmişdir.

İstinadlar

Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları