Qıvraq, Kırqax — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.183, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.131 qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur
Toponimi XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmiş, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür. Kəngərlərin Sofulu tayfasının Naxçıvandan özləri ilə gətirdikləri addır. Naxçıvanda Qıvraq toponiminin özü isə qədim türk dillərində qiy "kənd" və örək "qala", "möhkəmləndirilmiş yer" sözlərindən ibarət adın təhrifidir. Kəndin ilk adı Kırqax olmuşdurКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76. Fikrimizcə "Qıvraq", "Qırxaq" oykoniminin dəyişdirilmiş formasıdır. Kəndin ilkin adına istinad edib deyə bilərik ki, toponim türk dilində "çöl", "dağ, dağ başı" mənasında işlənən kır sözü iləМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.327 teleut, Altay, qırğız, qaraqırğız dillərində "bərk", "möhkəm" mənasında işlənən "qax" sözününSeyidov M. Ə. Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, "Yazıçı", 1989. s.89 birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Kənddə 1886-cı ildə 69 nəfər, 1897-ci ildə 80 nəfər, 1908-ci ildə 148 nəfər, 1914-cü ildə 220 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76, 80, 146–147. 1918-ci ildə azərbaycanlılar ermənilər qırğınlarla deportasiya etmişdir. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etməyə məcbur olan qıvraqlılar öz doğma yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 111 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 80, 147. 1727-ci ildə kənddə 5 azərbaycanlı ailəsi yaşayırdı. XIX əsrin ortalarında Sofulu tayfasının qışlaqlarından biri idi. 30-cu illərin sonunda ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri