Sumahi türbəsi — Digah kəndində yerləşən köhnə qəbirstanlığın kənarında yerləşən türbə. Türbənin 1901-ci ildə inşa edildiyi qeyd edilir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili üzəri günbəzlə tamamlanır. Türbədən bir qədər yuxarıda türk şəhid əsgərlərinin məzarları yerləşir.

İstinadlar

Kateqoriya:Abşeron rayonunun türbələri Kateqoriya:1901-ci ildə tamamlanmış dini tikililər