Alagir ( ) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi.
Coğrafiyası Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır.
Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. Etimologiyası Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. Tarixi 250px|left|thumb|19-cu əsrin sonu, Alagir 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan SaluqardanЦагаева А. Дз. Топонимия Северной Осетии. Часть II. Орджоникидзе, 1975. С. 488 kəndi quruldu.
1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.Иваницкий Александр Борисович
19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
20-ci əsrin əvvəlindəki məlumatlara görə Alagir qəsəbəsi Terek mahalının bir hissəsi olaraq siyahıya alındı. Əsasən, rus, pravoslav olan 3183 sakini var idi. Qəsəbədə 2 kilsə, 2 məktəb, aptek poçt və teleqraf idarəsi, dövlət poçt xidməti fəaliyyət göstərirdi.
1905-ci ilin dekabrında Alagirdə kəndlilərin silahlı qiyamı baş verdi.
1938-ci ildə qəsəbəyə şəhər statusu verildi.
Böyük Vətən Müharibəsi zamanı şəhər 1 noyabr 1942-ci ildə alman qoşunları tərəfindən işğal edildi. 24 dekabr 1942-ci ildə Nalçik istiqamətində əks-hücum zamanı Zaqafqaziya Cəbhəsinin qoşunları tərəfindən azad edildi.
Əhalisi + Əhalinin sayı: İllər 192619391959197019761979198919921996 420012 64815 16318 16118 00019 00721 13223 20024 500 İllər 199820002001200220032005200620072008 23 70023 100 22 70021 49621 50020 50020 30019 90019 700 İllər 200920102011201220132014201520162017 19 52820 94920 96620 70920 57520 39920 27020 21120 133 İllər 20182019 20 04320 013 Milli tərkibi MillətSayıÜmumi əhali içərisindəki nisbəti %osetinlər 19 178 91,5 %ruslar 1 164 5,6 %ermənilər 131 0,6 %digərləri 476 2,3 %Cəmi 20 949 100 %
Sosyal əhəmiyyətli yerləri Beş orta məktəb Alagir rayon təcili yardım mərkəzi Alagir rayon klinikası Alagir rayon klinik xəstəxanası Diş klinikası Milli Diyarşünaslıq Muzeyi Sadon Qurğuşun Sink Zavodunun Muzeyi və Park Kompleksi Yeddi uşaq bağçası İncəsənət məktəbi Musiqi məktəbi Mədəniyyət Sarayı Kitabxana Uşaq kitabxanası Kinoteatr (2016-cı il mayın əvvəlində açıldı) 2 idman mərkəzi
Abidələr Şəhərdə Leninin, Stalinin, Kosta Xetaqurovun heykəlləri, İkinci Dünya müharibəsində ölən alagirlilərin xatirəsinə qoyulmuş T-34 tankı, osetin pedaqoq Babu Zanqiyevin xatirəsinə olan lövhə, Sovet İttifaqı Qəhrəmanı Pyotr Qujvinin adına obelisk vardır. İdman Alagir şəhərini təmsil edən Alagir FK 1992-2000-ci illərdə Rusiya alt liqalarında oynamışdır. 2012-ci ildə Albars FK yaradılmışdır. Məşhur şəxslər Stanislav Çerçesov - Rusiya millisinin baş məşqçisi, köhnə futbolçu Aslan Dudiyev - profesional futbolçu Xetaq Qazyumov - Sərbəst güləşçi və məşqçi Zemfira Sahilova - Sovet və Rusiya teatr və kino aktrisası, pedaqoq
Həmçinin bax Rekom
İstinadlar
Mənbə Алагир // Новый энциклопедический словарь: В 48 томах (вышло 29 томов). — СПб., Пг., 1911—1916. Алагир // Города России: энциклопедия. — М.: Большая Российская энциклопедия, 1994. — С. 15. — 559 с. — 50 000 экз Алагирь // Большая советская энциклопедия : в 66 т. (65 т. и 1 доп.) / гл. ред. О. Ю. Шмидт. — М. : Советская энциклопедия, 1926—1947. Очерк «Селение Алагир» // Газета «Терские Ведомости» 1883 год №7, №10; 1899 год №127, №133, №139. №140, №142. Автор Толмачёв Сафоний Иоаннович
Xarici keçidlər Информационно-справочный сайт города Алагир Алагир на Северо-Осетинском информационном портале Алагир в энциклопедии «Мой город»
Kateqoriya:Şimali Qafqaz Kateqoriya:Rusiya şəhərləri Kateqoriya:Şimali Osetiya şəhərləri