Pyer Amedey Jober (; ) — Fransa diplomatı, akademiki, şərqşünası, tərcüməçisi, siyasətçisi və səyyahı. O, Napoleonun "sevimli şərqşünas məsləhətçisi və draqoman"ı idi.

Həyat və fəaliyyəti 250px|thumb|right|Pyer Amedey Jober (solda) Napoleonun "sevimli şərqşünas məsləhətçisi və draqomanı" idi. O, 27 aprel 1807-ci ildə Finkenşteyn müqaviləsinin bağlanması üçün Finkenşteyn sarayına Napoleonun hüzuruna gələn Qacarların elçisi Mirzə Məhəmməd Rza Qəzvinini müşayiət edir. Rəsm əsərinin müəllifi Fransua Mulardır. Eks-an-Provansda anadan olan Jober Antuan İsaak Silvestr de Sasinin seçilən tələbələrindən olmuşdur. O, 1798–1799-cu illərdə Fransanın Misirə və Suriyaya yürüşü zamanı Napoleon Bonapartın mütərcimi kimi fəaliyyət göstərib. Həmin dövrdə Jober Misir Elmlər və İncəsənət Universitetinin üzvü idi.

Parisə qayıtdıqdan sonra hökumətdə müxtəlif vəzifələr tutmuşdur. 1802-ci ildə Oras Fransua Bastyen Sebastyani de La Portanı Şərq səfərində müşayiət etmiş və 1804-cü ildə Osmanlı İmperiyasına gələrək İstanbulda Sebastyaniyə yoldaşlıq etmişdir.

1805-ci ildə Fətəli şah Qacar ilə ittifaq qurmaq məqsədilə "Jober missiyası" adı altında Qacarlar dövlətinə göndərilsə də,Napoleon and Persia: Franco-Persian relations under the First Empire by Iradj Amini p.76ff yolda Doğubayazıt Paşası tərəfindən ələ keçirilərək dörd ay susuz quyuda saxlanıldı. Paşa öldükdən sonra Joberə getməyə icazə verdilər. O, öz missiyasını uğurla başa vurdu və 1807-ci ildə Varşava hersoqluğunda Napoleona qoşuldu. Amedey Jober 27 aprel 1807-ci ildə franko-fars ittifaqını yaradan Finkenşteyn müqaviləsinin müzakirəsi məqsədilə Finkenşteyn sarayında iştirak etmişdi.Napoleon and Persia: Franco-Persian relations under the First Empire by Iradj Amini p.101ff 1809-cu ildə Niderland Kral İnstitutunun müxbir üzvü olmuşdur.

Napoleon hakimiyyətinin süqutu ərəfəsində Konstantinopolda müvəqqəti işlər vəkili təyin edildi.

Burbon restavrasiyası ilə Joberin diplomatik karyerası başa çatdı, ancaq hökumətin dəstəyi ilə 1818-ci ildə Tibetə səfər edərək 400 Kəşmir keçisini Fransaya gətirib tanıtdırmağa nail oldu. Jober ömrünün qalan hissəsini təhsil, yazıçılıq və müəllimliklə keçirdi. Kollec de Fransda fars dili üzrə professor kimi fəaliyyət göstərmişdir. İNALCO-nun direktoru, 1841-ci ildə Dövlət Şurasının üzvü olub. Parisdə vəfat edib.

Akademik, elmi və tematik nəşr olan "Asiya jurnalı"ndakı () məqalələri ilə yanaşı, 1805-1806-cı illərdə Ermənistana və İrana edilən səyahət "Voyage en Armenie et en Perse fait dans les années 1805 et 1806" (1821), Türk dili qrammatikasının əsasları "Éléments de la grammaire turke" (I nəşr – 1823, II nəşr – 1833), Uyğur əlifbası ilə türk əlyazması "Notice d'un manuscrit turc en caractères ouïgours" (1825) kitablarının müəllifi, Fransızca-bərbərcə lüğət "Dictionnaire français-berbère" (1844) adlı lüğətin redaktoru olmuşdur. Abbasov İdris. Antuan Silvestr de Sasi "Ümumi qrammatikanın prinsipləri (1799)". Pyer Amede Jober "Türk dili qrammatikasının əsasları (1823)" [Mətn] : Fransız dilindən tərcümə, nəzəri və müqayisəli dilçilik müstəvisində tədqiqat və şərh. [Bakı]: [Zərdabi Nəşr], 2024.768 s., s.176-180. ISBN:978-9952584-29-5 https://ek.anl.az/lib/item?id=chamo:899688&fromLocationLink=false&theme=e-kataloq

İstinadlar

Kateqoriya:Fransa şərqşünasları Kateqoriya:Fransa tərcüməçiləri Kateqoriya:Qacarlar Kateqoriya:Draqomanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri