Keştazlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Keştazlı kəndi Qarabağ düzündədir. Yaşayış məntəqəsi vaxtilə Şərur əyalətinin Keştaz kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Keştazdan olanlar, keştazlılar" mənasındadır. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri