Zelençuk (, , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Zelençuk rayonunun inzibati mərkəzi.
Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Coğrafiya Zelençuk kəndi Çerkesskdən təqribən 60 km cənub-qərbdə, Xusa-Kardonikskaya çayının Böyük Zelençuk çayına töklüldüyü yerində yerləşir. Kənddən 9 km qərbdə Storojevaya kəndi, 6 km şərqdə isə Kardonikskaya Kəndi yerləşir. Əsas mənzil sahələri Böyük Zelençuk və Kusa-Kardonikskaya çayları arasındakı sahədə yerləşir. Kiçik hissəsi isə çayın sol sahilində cəmlənmişdir. Bir neçə küçə Xusı-Kardonikskaya çayının sağ sahilində, Zelençuk kəndinin şərq və şimal kənarında yerləşir. Zelençuk kəndinin iqlimi qısa mülayim qışa və uzun isti keçən yaya sahibdir. Ərazi kifayət qədər rütubətlidir. Yüksək hündürlüyə görə yayda respublikanın şimal bölgələrinə nisbətən daha sərin olur, qışda temperatur fərqi az nəzərə çarpır.
Əhali Milli tərkib 2002-ci il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: xalqsay, nəf. (2002)ümumi əhaliyə olan nisbət, % (2002) ruslar 16 207 77,1 qaraçaylılar 3 668 17,4 ukraynalılar 198 0,9 yunanlar 126 0,6 çərkəzlər 79 0,4 osetinlər 78 0,4 abazinlər 34 0,2digər millətlər 635 3,0 ümumi 21 025 100,0
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: xalqsay, nəf. (2010)ümumi əhaliyə olan nisbət, % (2010)ruslar 14 349 73,78qaraçaylılar 3 959 20,36qaraçılar 160 0,82ukraynalılar 134 0,69ermənilər 114 0,59yunanlar 98 0,50çərkəzlər 73 0,38osetinlər 49 0,25abazinlər 36 0,19tatarlar 32 0,16dugərlər 191 0,98milliyyətini göstərməyənlər 254 1,31ümumi 19 449 100,00
İnfrastruktur Təhsil «Stavropol Universiteti» özəl təhsil müəssisəsinin filialı;
«Profesional» çoxşaxəli kolleci (əvvəllər 6 nömrəli peşə məktəbi, 33 nömrəli peşə məktəbi).
Özəl Stavropol Kooperativ İqtisadiyyat, Ticarət və Hüquq Kollecinin filialı.
5 orta ümumtəhsil məktəbi (V. Leonov adına 1 nömrəli, S. Bidjiyev adına 2 nömrəli, V. Breslavtsev adına 3 nömrəli, İ. Ovçarenko adına 4 nömrəli və 5 nömrəli) və açıq (növbəli) orta məktəb.
6 uşaq bağçası (№1, №2, №5, "Zolotoy Klyuç", "Kolobok" və "Skazka").
«Lira» uşaq incəsənət məktəbi.
Uşaq yaradıcılıq evi. Səhiyyə Mərkəzi Rayon Xəstəxanası.
Qadın məsləhətxanası.
Diş poliklinikası.
Rayon Baytarlıq Heyvan Xəstəliklərinə Nəzarət Stansiyası.
Qaraçay Çərkəz Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin filialı.
Mədəniyyət Rayon Mədəniyyət Sarayı.
Mərkəzi Kitabxana.
S. Varçenko adına Regional Diyarşünaslıq Muzeyi. 1995-ci ildən bəri fəaliyyət gösrtərir. Nijni Arxız kəndində bir filialı vardır. İdman Kənddə 1978-ci ildə açılan gənclər idman məktəbi və 2000 nəfərlik tutumlu Zelençuk stadionu vardır. Zelençukda Zelençuk futbol komandası fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Qaraçay-Çerkesiya Respublikasının yaşayış məntəqələri