Kevin Oghenetega Tamaraebi Bakumo-Abraham () — Temmi Abraham kimi tanınan, İngiltərə Premyer Liqası klubu "Çelsi FK" və İngiltərə millisinin hücumçusu kimi oynayan, ingilis peşəkar futbolçusu.

Çelsinin bir akademiya məzunu olan Abraham, bir il sonra "Çempionşip" klubu olan Bristol Siti FK-ilə bir mövsümü icarə əsasında keçirdi, 2016-cı ildə klubda böyük debüt etdi. Orada, o, mövsümün ən yaxşı oyunçusu, mövsümün gənc oyunçusu və ən yaxşı bombardir mükafatlarını qazanaraq, bir mövsümdə bunu edən ilk oyunçu oldu.

Suonsi Siti FK-da daha bir möhtəşəm mövsüm keçirdi, lakin mövsüm "Premyer Liqa"dan ayrılan klubla bitdi.

Daha sonra 2018-ci ildə Aston Villa FK-na qoşuldu və 1977-ci ildən bəri klub üçün tək bir mövsümdə 25 qol vuran ilk oyunçu oldu.

Abraham, 2019/20 mövsümündə Frank Lempardın ilk seçdiyi hücumçusu olaraq Çelsidə çıxış etməyə başladı. 24 avqustda "Norviç" ə qarşı oyunda, qeyd üçün Temmi cəmi üç dəqiqə oynamışdı və bununla bərabər klub üçün ilk qolunu vurdu.

Abraham İngiltərə U-18 millisinin şərəfini qoruyurdu vəə Polşada 2017-ci il 21 yaşadək Avropa çempionatında iştirak etdi. Ən böyük debütünü 2017-ci ilin noyabr ayında etdi. 14 noyabr 2019-cu ildə İnglitərə — Monteneqro AVRO-2020 Seçmə Mərhələ matçında (7–0) Abrahamda 84-cü dəqiqədə fərqlənərək 4-cü milli komanda matçında ilk qoluna imza atdı.

İstinadlar

Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Bristol Siti FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Nigeriya əsilli ingilislər Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Suonsi Siti FK Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner İngiltərə idmançıları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları Kateqoriya:Futbol hücumçuları