Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; ) — NKVD həbsxanasında dözümlülüyü, mərdliyi ilə seçilən ərinə qarşı ifadəyə məcbur edilsə dəФонд «Сария Лакоба»? Наконец-то, bunu etməyən Sovet Abxaziyasının dövlət xadimi "xalq düşməni" Nestor Lakobanın həyat yoldaşı.
Bioqrafiya 250px|thumb|right|Sariya və Nestor, 1930-cu illər Sariya Əhmədovna Cihoğlu Batumi şəhərində varlı acar ailəsində anadan olmuşdur . Atası Əhməd-Məmməd Cihoğlu bir çörək, bir neçə kiçik dükan, habelə çimərlik sahilində icarəyə verilən üç evə sahib idi. Anası Mələk Patladze, əslən Oçamçiradan olan müsəlman gürcülərdən idi. O, Əhməd Cihoğlu ilə 7 övlad böyüdürdü.
1920-ci ildə Nestor Lakoba İngilis işğalçılarından onun valideynlərinin evində gizlənirdi. 1921-ci ildə onlar nigaha daxil oldular. Onlar ailə quranda Sariya hələ məktəbi bitirməmişdi, bu səbəbdən Nestor Lakoba Suxumda onun üçün repititor tutmuşdu. Sariya ekstern şəkildə imtahan verdikdən sonra yetkinlik atestatı aldı, sonra isə "özünü təhsili ilə məşğul oldu, çoxlu mütaliə etdi" - Adilə Abbas oğlu xatirələrində yazırdı . "Saria çoxlu mütaliə edir və nadir kitablar toplayırdı" - Abbas oğlu danışırdı.
"Sariya nadir gözəlliyə malikdi. İncə bellli, iri qəhvəyi məxmər gözləri, valehedici və xeyirxah bir təbəssümü olan qarasac qadın idi. Səsi yumşaq və melodik idi, gedişi yüngül idi. Bütün bunlarla yanaşı o, cəsarətli, iradəli bir xarakteri ilə seçilirdi , "zərifliyi və incə zövqü ilə də fərqlənirdi" . - deyə Adilə Abbas oğlu xatırlayırdı.
Stalinin həyat yoldaşı Nadejda 1932-ci ildə həyat yoldaşı ilə Qafqazda istirahət zamanı ona tapança , hədiyyə etmişdi.
Sariyanın qardaşının həyat yoldaşı Adilə Abbas oğlu xatırlayırdı: “Stalinin hətta Sariyaya gizli aşiq olduğu barədə şayiələr gəzirdi. Xeyr, aralarında heç nə yox idi. Ancaq o, açıq şəkildə onu heyranlıqla seyr edirdi və bir dəfə hamının yanında Beriyaya dedi: Bax, Nestor hər şeydə səni üstələyib, hətta belə bir gözəl qadınla evlənib! "” . Stalin və Sariya arasındakı sevgi münasibətlərini Lakobanın mühafizəçisi - Davlet Kandali də inkar edirdi .
Adilə Abbas oğlu xatırlayırdı: "Saryia ağıllı bir qadın idi, başa düşürdü ki, əgər onları Moskvada qəbul edirlərsə, onda necə davranmaq, düzgün geyinmək, süfrə açmaq lazımdır. O deyirdi: bizim abxaz adətlərimiz özümüzə qalmalıdır. Moskvadan bir qonaq gələndə biz ona mədəniyyətli insan olduğumuzu göstərməliyik. O, gözəl rəqs edir, gürcü, türk, rus, abxaz dillərində sərbəst danışırdı ”. Nestorun zəhərlənməsi 250px|thumb|right|Sariya Lakoba Stalin represiyalarının qurbanı Nestor Lakobanın qətlindən sonra onun yaxınlarının həbsləri başladı. 1937-ci il avqustun 17-də Sariyanın özü də həbs olundu. NKVD həbsxanalarında Sariyaya Nestorun Stalinə qarşı sui-qəsdin təşkilatçısı olduğunu etiraf etməsi üçün işgəncələr verilirdi. Şahidlərin sözlərinə görə, Sariya iki il boyunca bütün işgəncələrə və təhqirlərə mərdcəsinə dözürdü. O, yarım meyit vəziyyətinə düşəndə həbsxana xəstəxanasına yerləşdirilirdi və orada huşunu bərpa edəndən sonra işgəncələrə yenidən başlanırdı.
Sariyanın ölümü
Sariya Lakoba həyatının otuz beşinci ilində, 1939-cu il 16 mayda Ortocalski həbsxana xəstəxanasında öldü.
Daha sonralar SSRİ Baş Prokuroru Roman Rudenko Sariya haqqında belə deyirdi: "Bu qadına abidə ucaltmaq lazımdır!" Yazıçı Fazil İsgəndər də Sariyə abidəsinin yaradılacağına ümid etdiyini bildirirdi.
Ölümündən sonra Bu gün Sariya qadın adı Abxaziyada geniş yayılmış isimdi. Bu ad, qızlarını cəsarətli və güclü bir qadının şərəfinə çağırmaq üçün istifadə olunur. Təşəbbüs qrupu tərəfindən "Sariya Lakoba Fondu" yaradılmışdır. Fondun əsas məqsədi və vəzifələri arasında Sariyə abidəsinin qoyulması, həyatı və ölümü ilə bağlı sənədli və bədii filmlərin çəkilməsi olacaq. 250px|thumb|right|Sariya poçt markası üzərində Sariya incəsənətdə Kinematoqrafda "Baltazarın ziyafətləri, ya da Stalinlə bir gecə" (1989) filmində - Sariya rolunda Tamara Yandieva . "Unuda bilmirəm" filmində. Poeziyada
Sariyanın faciəli taleyinə Semyon Lipkin "Nestor və Sariya" şeirini həsr etmişdir :
İstinadlar
Kateqoriya:Həbsdə ölən şəxslər Kateqoriya:SSRİ-də repressiya qurbanları