Seylon fili () — Asiya filinin üç geniş yayılmış yarımnövündən biri. Seylon adasının (Şri-Lanka) endemikdir. 1986-cı ildən bəri Elephas maximus IUCN Qırmızı Siyahısına daxil edilmişdir. Səbəb isə son 60–75 il ərzində sayının ən azından 50% azalmasıdır. Yaşayış arealının insanlar tərəfindən mənimsənilməsi müşahidə olunur.

Təsviri Asiya filləri Afrika fillərindən daha kiçik olur. Dişilər bir qayda olaraq ölçü baxımından erkəklərdən kiçikdir və iri fil dişlərinə sahib olmurlarShoshani, J., Eisenberg, J. F. (1982) Elephas maximus . Mammalian Species 182: 1–8. Erkəklərin yalnız 7% -nin iri dişləri olurJayewardene, J. (1994). The elephant in Sri Lanka. Wildlife Heritage Trust of Sri Lanka, Colombo. Asiya filinin müasir yarımnövlərinin ən böyüyü olan Seylon fili 2–3,5 m hündürlüyə malik olur. Çəkisi 2000 ilə 5500 kq-dır. Bu fillərin dəri rəngi, Hindistan və Sumatra fillərindən daha tünddür. Qulaqları, ağzı, gövdəsi və qarın hissəsində iri və parlaq piqment ləkələri vardırShoshani, J. (2006) Taxonomy, Classification, and Evolution of Elephants In: Fowler, M. E., Mikota, S. K. (eds.) Biology, medicine, and surgery of elephants. Wiley-Blackwell. ISBN 0813806763. Pp. 3–14.

Ovlanması Tarixi keçmişdə Seylondakı fillər dəniz səviyyəsindən tutmuş yüksək dağ silsilələrinə qədər geniş ərazidə yayılmışdı. Onlara quru zonada, düz rütubətli zonada, eləcə də soyuq nəm dağ meşələrində rastlanılırdı. 1505–1948-ci illərin müstəmləkə dövründə nəm zona demək olar ki, insanlar tərəfindən kənd təsərrüfatı plantasiyaları kimi istifadə olunmağa başlandı. 1830-cu ilə qədər o qədər fillər var idi ki, hökumət onların məhv edilməsini təşviq edir və öldürülən hər filə görə mükafat veriirdi. XIX əsrin birinci yarısında meşələr dağ ətəktərində qəhvə və daha sonra çay əkinlərini təşkil etmək üçün məhv edilməyə başlandı. Buna görə dağlardakı fillər (xüsusilə 19-cu əsrin ikinci yarısından yağış meşələrinin intensiv məhv edilməsinə başlayanda) yox olmağa başladı. İngilis hakimiyyəti dövründə (1815–1948) çox sayda fil, ovçular tərəfindən kuboklar üçün öldürüldü . İngiltərə ordusunun mayorlarından biri, bəzi məlumatlara görə, 1500-dən çox fil məhv etmişdi. Bir çox ovçu bu müddət ərzində hər biri təxminən 250–300 baş heyvanı məhv etdi. 1829–1855-ci illərdə 6 mindən çox fil öldürüldüSukumar, R. (1993). The Asian Elephant: Ecology and Management Second edition. Cambridge University Press. ISBN 052143758X.

Əkinçiliyin və ovçuluğun daha da inkişaf etməsi səbəbi ilə fillərin ərazisi quru bir bölgə ilə məhdudlaşdı və arealları çox parçalandıFernando, P. (2006). Elephant conservation in Sri Lanka: Integrating scientific information to guide policy. In: Groom, M. J., Meffe, G. K., Carroll, C. R. (eds.) Principles of Conservation Biology. Sinauer Associates, Sunderland, USA. pp 649–652..

Yayılması Seylon filinin arealı hal-hazırda Seylonun şimalında, şərqində və cənub-şərqindəki quru bölgə ilə məhdudlaşır. Uda-Valave, Yala, Lunuqamvehera Vilpattu və Minneriya milli parklarında fillər qorunur. Bundan əlavə fillər qorunan ərazilərin kənarlarında da yaşayırlar. Şri-Lanka Asiyada fillərin ən sıx məşkunlaşdığı ölkə olduğu hesab edilir. Buna görə insanlar və fillər arasında daim qarşıdurma yaranırFernando, P., Jayewardene, J. Prasad, T., Hendavitharana, W. Pastorini, J. (2011). Current Status of Asian Elephants in Sri Lanka . Gajah 35: 93–103..

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Asiya fili Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər