Zaur Amaludinoviç Botayev (6 may 1979-cu il, Xasavyurt, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sərbəst güləş üzrə çıxış edən Rusiya güləşçisi, Avropa çempionu (2002), Dünya Çempionatın mükafatçısı (2002), Rusiya çempionatlarının çoxqat mükafatçısı, hərbi qulluqçuların arasında dünya çempionu. Rusiyanın əməkdar idmançısı.
Krasnoyarsk dövlət pedaqoji universitetinin məzunudur. İ. Xojikov onun birinci məşqçisi olmuşdur. 1998-ci ildən Rusiyanın yığma komandasının üzvü idi, 2007-ci ildə böyük idmanı tərk etdi.
Xarici keçidlər
Zaur Botayev müxtəlif çempionatlarda infosport.ru saytında profili
Kateqoriya:Rusiyanın əməkdar idman ustaları