Qazaxıstan—Türkmənistan—İran dəmiryolu xətti — Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. 2009-2014-cü illərdə Orta Asiyada Qazaxıstan, Türkmənistan və İranı birləşdirən bir dəmir yoludur.
Xəttin digər bir ad Şərqi Şimal - Cənub dəhlizidir. Bu yolun köhnə bir variantı Qaraqalpaqıstan qəsəbəsindən keçərək iran sərhəddinə qədər uzanırdı. Vaqonların reylslərinin uyğunlaşdırılması Seraxs stansiyasında aparılırРазвитие железнодорожного транспорта , railway.gov.tm.
Yeni xətt Bolaşak stansiyasından birbaşa Qərbi Qazaxıstandan Türkmənistana keçir. Bu xətt 2014-cü ildə istifadəyə verilir. Bu xətt Ətrek-Gürgan sərhəd keçidi ilə İran Respublikasına daxil olur. Bununla yanaşı Qazaxıstan vastəsi ilə Çindən İrana qədər olan məsafəni 500 km azalır.
Dəmir yolu Qazaxıstanı, Rusiyanın mərkəzi bölgələrini Türkmənistan, İran, Fars Körfəzi ölkələri, Cənubi və Cənub-Şərqi Asiya ilə birləşdirən əlavə marşrutlar çoxalda, tranzit yük və sərnişin daşımalarını artıra bilər. Üstəlik nəqliyyat xərclərini azaldmasına,səyahət müddətinə qənaət etməsinə və bölgələrdə iqtisadi inkişafa səbəb ola bilər.
Sərnişin daşınması yalnız Janaozen - Bolaşak hissəsində mövcuddur. İnşa tarixi 2007-ci ildə Qazaxıstan, Türkmənistan və İran arasında Janaozen - Qızılgaya - Bərəkət - Etrek - Gürgan xəttinin sonradan Rusiya dəmiryolu şəbəkəsinə çıxışı ilə bağlı üçtərəfli hökumətlərarası saziş imzalanmışdır. Bu da marşrutu 600 km azaldmağa imkan verəcəkdir.
2009-cu ildə ölkələr tikinti işlərinə başlamışdır. Qazaxıstan — Türkmənistan hissəsi 2011-ci ilin noyabr ayında qədər yolun Qazaxıstan hissəsinin Janaozen stansiyasından Bolaşak sərhəd məntəqəsinə qədər uzunluğu 145 km olan hissəsi inşa edildi. Qazaxıstan ərazisində aşağıdakı stansiyalar da qurulmuşdur: Bastau, Akbobek, Bopay, Taigir, Kurmash, BestortkolПо новой железной дороге Узень — государственная граница с Туркменистаном начал ходить пригородный поезд Узень — Болашак , railways.kz, 17/01/2013. Xəttin açılışı 2012-ci ilə planlaşdırılır. Lakin bu vaxta qədər Türkmənistan hissəsinin inşası başa çatmamışdıДорога не достроена, вице-премьер уволен , gundogar.org, 14.01.2013.
11 may 2013-cü ildə Bolaşak (Qazaxıstan) ↔ Serxetak (Türkmənistan) sərhəd keçidininПрезиденты Казахстана и Туркменистана открыли новый железнодорожный переход между двумя странами , kt.kz, 11.05.2013, habelə Türkmənistan ərazisi boyunca Aşqabad - Türkmənbaşı (Krasnovodsk) xəttindəki Bereket (Qazancık) stansiyasına qədər 441 km uzunluğunda dəmir yolu xətti təntənəli açılışı gerçəkləşir. Bu açılış mərasimi Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə keçirildi. beynəlxalq keçid Bolaşak (Qazaxıstan) və Serxetak (Türkmənistan) sərhəd məntəqələri arasından keçir. Türkmənistan — İran hissəsi 2012-ci ilin sentyabr ayında iqtisadi səbəbdən Bərəkət-Ətrək yolunun Türkmənistan hissəsini inşa edən İran şirkəti Pars Energy ilə müqavilə ləğv edilir.
2013-cü ilin mayında İran Qırğızıstanı İran-Türkmənistan-Qazaxıstan dəmir yolunun inşasına qoşulmağa dəvət edirИран пригласил Кыргызстан присоединиться к строительству ЖД «Казахстан-Туркменистан-Иран».
27 may 2013-cü ildə uzunluğu 78.5 km olan olan Gürgan-İncəburun yolunun İran hissəsi açılışı gerçəkləşirИран ввёл в эксплуатацию железную дорогу до Туркменистана , ansar.ru, 27 мая 2013. İyun ayında Bərəkət-Ətrək yolunun Türkmənistan hissəsində 13 dəmiryol körpüsünün inşasına dair müqavilə imzalanmışdır ki, bunun da 2014-cü ilin avqustunda tamamlanması planlaşdırılırref>На туркменском участке железной дороги Казахстан-Туркменистан-Иран будет построено 13 железнодорожных мостов, gundogar-news.com, 23 июня 2013 года</ref>.
2013-cü ilin iyununda Türkiyə Prezidenti Abdullah Gül Türkiyənin İran-Türkmənistan-Qazaxıstan nəqliyyat dəhlizinə qoşulmağa hazır olduğunu bəyan edir.
23 avqust 2014-cü ildə İran sərhəddinə qədər 253 km uzunluğunda olan Türkmənistan dəmiryolu hissəsinin inşası başa çatır.
Şimal-Cənub dəmir yolunun açılış mərasimi 3 dekabr 2014-cü ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, İran Prezidenti Həsən Ruhani və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə keçirilir. Maliyyələşdirilmə Dəmir yolunun Şimal türkmənistan seqmentinin bir hissəsi (Bereket-Qızılgaya-Serxetak) 225 milyon dollar məbləğində Asiya İnkişaf Bankı tərəfindən qismən (75%) maliyyələşdirilir. Türkmənistandakı beynəlxalq dəmir yolunun digər bir hissəsi (Bərəkət-Ətrək) İslam İnkişaf Bankından 371 milyon dollar kredit ilə tikilir.
Qazaxıstan ərazisindəki iki illik 145 km tikintinin dəyəri 65 milyard təngə (430 milyon dollar) təşkil edib.
İranın Gürgan - İncəburun hissəsinin 78,5 km-lik hissəsinin inşası 10 ay çəkmiş və 130 milyard tümənə (106 milyon dollar) başa gəlmişdir.
İstinadlar
Kateqoriya:İranda dəmiryol nəqliyyatı Kateqoriya:Türkmənistanda dəmiryol nəqliyyatı Kateqoriya:Qazaxıstanda dəmiryol nəqliyyatı