Manhva () — Cənubi Koreya komiksləri. Cənubi Koreyanın özündə bu ifadə bütün komikslər üçün işlənilir.

Etimologiya

Koreya dilindəki manhva sözü, yapon dilindəki manqa sözü və Çin dilindəki manhua sözü o dillərdə komiks deməkdir və üçü də Çin heroqlifləri ilə 漫畵 kimi yazılır. Bu söz erkən müasir Koreyaya məhz Yaponiyadan gəlib.

Koreya dilində manhva sözü 1923-cü ildən bəri işlənilir. Onnan əvvəl isə taım otçi () ifadəsi işlənilirdi. Şimali Koreyanın lüğətlərində də mahva sözü komiks kimi verilir. Halbuki, orda daha çox kurimçek ( - şəkil kitabı) sözü işlənilir. Han San Con 2011-ci ildə apardığı araşdırma görstərib ki, Şimali Koreyada, Cənubi Koreyadan fərqli olaraq bütün növ komiksləri əhatə edən bir ifadə mövcud deyil.

Tarix

Koreyada ilk satirik karikatura, ölkənin birinci qəzetlərindən birində 1909-cu ilin iyul ayında çap olunub. Bu, Saphua (삽화) adlı karikaturanın müəllifi İ Do Yon idi və onu çap edən Tehan Minbo (대한민보) qəzeti idi. 1945-ci ilə qədər manhva əsasən qəzetlərdəki siyasi satira və ya uşqalar üçün dövri nəşrlər şəkildə çap olunurdu. Halbuki, satirik manhva Yaponiya İmperiyası tərəfindən senzura olunurdu və buna görə, 20-ci və 30-cu illərdə, onu çap edən bir sıra nəşriyyat bağlanılıb. 1950-ci ildə Koreya müharibəsi baş verir bə həm Cənubi, həm də Şimali Koreya komiksləri əks tərəfə qarşı propaqanda şəkildə iştətməyə başlayır.

1948-ci ilin sentyabrın 15-də, Cənubi Koreyada Kim Yon Huan tərəfindən Manhva Hencin () adlı Koreyanın ilk manhva jurnalı təsis olunub. Halbuki, o ikinci nömrəsindən sonra senzuraya görə bağlanıb. 60-cı, 70-ci və 80-ci illərində Cənubi Koreyada manhva, ölkənin hərbi hökumətində qarşı işlədilən yumorlu etiraz forması idi. Park in Ha iddia edir ki, 60-cı illərdə Cənubi Koreyada manhva geniş şəkildə yayılmağa başlayıb. Lakin, 70-ci illərdə, böyüyən senzuraya görə o, "ölmüş" vəziyyətinə gəlib. Bunun nəticəsində, Yaponiyanın şoco manqanın təsiri qalxıb və beləliklə, 80-ci illərdə, Koreyada suncon () manhvanın "renesansı" baş verib.

2000-ci illərdə internet, personal komyuter və smartfonların inkişafı və yayılması ilə, bir sıra manhva yaradıcıları işlərini bu yeni istehlak növünə uyğunlaşdırıblar. Beləliklə, ölkədə çap olunan manhva azalmaqdadır və onun əvəzinə webtoon (; ) populyarlığı yüksəlməkdədir.

İstinadlar

Kateqoriya:Manhva Kateqoriya:Komiks terminləri