250px|thumb|right|Mərakeş kralı VI Məhəmməd Ələvilər sülaləsi ()Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. — Т. 1. А — Анкетирование. — : Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. (стр. 404) — Mərakeşin hakim sülaləsi. XVII əsrdən Sultan, 1957-ci ildən kral titulu daşıyırlar. Həmçinin Filialid və ya Filial şərifləri kimi də tanınır.

Ələvilər sülaləsinin tarixi Səədi sultanlığının hakim sülaləsinin devrilməsindən sonra başlayır. Səədi sultanlığının hakimiyyəti dövründə dəniz quldurları Sale dəniz limanında bir növ muxtar respublika yaradırlar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşdə hakimiyyət hələ də ölkədə iqtidarda olan Ələvilər sülaləsinə keçdi. Ələvilər sülaləsi Tafilaltdan Sigilmas şəhərindən gəlmişdilər. Onlar Məhəmməd Peyğəmbərin nəvəsi Həsənin soykökündən olan şerif ailəsinə mənsub idilər. Onun varisi Mulay Rəşid ibn Şerif 1666-cı ildə Fesdə möhkəmləndi, sonra isə 1668-ci ildə Mərakeşi ələ keçirdi. Mulay İsmayılın dövründə paytaxt Meknes şəhəri idi.

Sultan titulun krala dəyişdirilməsi V Məhəmmədin adı ilə bağlıdır. Ənənəvi müsəlman tərbiyyəsi ilə yanaşı o, Avropada təhsil almışdır. Bu da dövlətdə və cəmiyyətdə gələcək dəyişikliklərin əsası olmuşdur. 1957-ci ildə Mərakeş krallıq elan olundu və V Məhəmməd özü isə Mərakeş kralı adını aldı.

Ələvilər sülaləsindən olan Mərakeş hökmdarları 1664–1672: Mulay Rəşid ibn Şerif (1666-cı ildə Sultan) 1672–1727: Mulay İsmayıl İbn Şerif 1727–1728: Mulay Əhməd ibn İsmayıl (1-ci hakimiyyət dövrü) 1728–1728: Abd əl-Malik 1728–1729: Mulay Əhməd ibn İsmayıl (2-ci hakimiyyət dövrü) 1729–1735: II Abdulla (1-ci hakimiyyət dövrü) 1735–1736: Mulay Əli 1736–1736: II Abdulla (2-ci hakimiyyət dövrü) 1736–1738: II Məhəmməd 1738–1740: Əl Mustadi 1740–1745: III Abdulla 1745–1745: Zin əl-Abidin 1745–1757: IV Abdulla 1757–1790: III Məhəmməd bin Abdulla 1790–1792: əl-Yəzid bin Məhəmməd 1792–1822: Mulay Süleyman bin Məhəmməd 1822–1859: Mulay Abd əl-Rəhman 1859–1873: IV Məhəmməd 1873–1894: I Mulay Həsən 1894–1908: Mulay Abd əl-Əziz 1908–1912: Əbd əl-Hafid 1912–1927: Mulay Yusif 1927–1953: V Məhəmməd V (1-ci hakimiyyət dövrü) 1953–1955: VI Məhəmməd bin Araf 1955–1961: V Məhəmməd (2-ci hakimiyyət dövrü; 1957-ci ildə kral adını aldı) 1961–1999: II Həsən 1999 — hazırkı dövrə qədər: VI Məhəmməd Vəliəhd Şahzadə: Mulay Həsən

Sülalə haqqında maraqlı bir faktlar Bu sülalədə ən çox yayılmış evlilik növü sülalə daxilidir. Nümunələr: Mulay Abd əl-Rəhmanın nəvəsi Şahzadə Məhəmməd ibn İsmayıl ibn Abbas əmisi qızı Məhəmməd ibn Arafanın qızi Həlimə bint Məhəmmədlə evlənmişdir; Şahzadə Tahirin qızı və I Həsənin nəvəsi Xaniyə bint Tahir, əmisi Məhəmməd İbn Arafla nikaha girmişdir; Tahir Ablanın digər qızı V Məhəmməd ilə evlənmişdir; Mulay Yusifin oğlu Şahzadə İdris, əmisi qızı I Həsənin qızı Cəmilə bint Mustafa ilə nikaha girmişdir; Onların oğlu Əli əmisi qızı, V Məhəmmədin qızlarından biri ilə evlənmişdir.

İstinadlar

Xarici keçidlər :en:Waterbury, John. Commander of the Faithful Morocco Alaoui dynasty

Kateqoriya:Mərakeş tarixi Kateqoriya:Müsəlman sülalələr

Kateqoriya:Sünnilik