I Harald Gözəlsaç və ya I Harald Horfaqer (, ; 850- təx. 933) - Norveçin birinci kralı. Gözəlsaçlılar və ya Horfaqerlər sülaləsinin banisi.
Bioqrafiyası I Harald Vefstfoldun İnlinqlər sülaləsindən olan konunqu Qara Halvdanın və Hrinqarik konunqu Siqurdun qızı Raqinhildin yeganə övladı idi.
Təxminən 860-cı ildə Qara Halvdan vəfat edir. Bu zaman Haraldın 10 yaşı var idi.
866-cı ildə Harald bütün Norveçi öz hakimiyyəti altında birləşdirməyə başladı. Altı il davam edən yürüşlərdən sonra 872-ci ildə baş verən Hafsfyord döyüşündə əldə edilən qələbədən sonra Harald buna nail oldu.
thumb|150px|Haraldın hakimiyyəti altında Norveç (872-ci il)
Haraldın təzyiqi ilə ona tabe olmayan güclü hakimlər Îslandiyaya və Britaniya adalarına qaçdılar. Harald yaratdığı dövləti hücumlardan qorumaq və təhlükəsizliyini təmin etmək üçün sonrakî illərdə yaxın adalara və Şotlandiyaya hücum edərək oraları rəqiblərindən təmizlədi.P. H. Sawyer, "Harald Fairhair and the British Isles", in "Les Vikings et leurs civilisation", ed. R. Boyer (Paris, 1976), pp. 105–09. Bununla yanaşı o həm də Vermland və ətraf ərazilər uğrunda İsveç kralı Erik Emundssonla mübarizə apardı.
Hakimiyyətinin sonuna yaxın mərkəzi hakimiyyĕt zəifləyir. Beləki sayı hələ də dəqiqləşdirilməyən oğulları atalarının taxtı uğrunda çəkişməyə başlayırlar. Ancaq onlardan yalnız biri Haraldın rəğbətini qazanır. 930-cu ildə ölümündən sonra Eyrik Qanlı Balta Norveçin yeni hökmdarı olur.
Ailəsi Asdan olan övladları: Quttorm Qara Halvdan Bəyaz Halvdan Siqfröd Qidadan olan övladları: Olof Krasa Qoda Hrörek Siqtrük Frodi Torqisl Raqnhilddən olan övladları: Eyrik Qanlı Balta Sanqhildən olan övladları: Byörn Olaf Raqnar Rükkil Ashilddən olan övladlar: Hrinq Daq Qudröd İnqiqerq Torada olan övladları: Hakon Snefriddən olan övladları: Halvdan Qudröd Röqinvald Siqurd Hrisi Digər uşaqları: İnqeborq
Xatirəsi
Abidələr
thumb|center|200px|I Haraldın şərəfinə ucaldılmış abidə (Höuqesun)
1872-ci ildə Höuqesun şəhərində I Haraldın şərəfinə o zammənlar zarının olduğu güman edilən yerdə abidə ucaldılmışdır.Torgrim Sneve Guttormsen, 'Branding local heritage and popularising a remote past : The example of Haugesund in Western Norway', AP: Online Journal in Public Archaeology, 1 (2014), 45–60 (p. 47).
Filmlər History Channel kanalı üçün çəkilən və İrlandiya-Kanada istehsalı olan Vikinqlər teleserialının 4-cü sezonunda Harald Gözəlsaç personajı daxil edilir.
Musiqi Rebellion pauer-metal qrupunun I Haralda həsr edilmiş mahnısı Sagas of Iceland albomuna daxil edilmişdir. Leaves' Eyes alman simfonik metal qrupunun I Haraldın fəthlərinə həsr olunmuş King of Kings albomu işıq üzü görmüşdür.
Kitablar I Harald Vinland Saga manqasında qeyd edilib.
Oyunlar Harald Gözəlsaç Crusader Kings II oyununun personajlarındandır.
İstinadlar
Kateqoriya:850-ci ildə doğulanlar Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Avropa tarixi Kateqoriya:Norveç kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri